Təqvim
“Azərbaycana nəyinsə xatirinə gəlməmişəm” YADA DÜŞƏR XATİRƏLƏR
12 mart 2022 - 11:16

 “Azərbaycana nəyinsə xatirinə gəlməmişəm”

 

Mayın 10-da Bakının Şüvəlan qəsəbəsində tanınmış xeyriyyəçi, Moskva şəhər Dumasının üzvü Gülağa Qənbərovun şəxsi vəsaiti hesabına lal-kar uşaqların təhsil aldığı internat məktəbinin həyətində yeni müasir tikinti kompleksinin təməli qoyuldu. Bu ilin Novruz bayramı günlərində məktəb kollektivinin qonağı olarkən uçulub-dağılmaqda olan yataqxana korpusunun vəziyyəti ilə yaxından maraqlanan xeyriyyəçi qısa bir vaxtda yeni yataqxana korpusu inşa etdirəcəyinə söz vermişdi. Mayın 10-da hamı verilən sözün reallığa çevrildiyinin şahidi oldu.

 

Təməlatma mərasimində bildirildi ki, tikiləcək binanın hər otağında 4 uşaq qalacaq. Əvvələr bir yataq otağında 20-25 uşaq qaldığından orada qeyri-normal məişət şəraiti höküm sürüb. İndi isə yeni layihəyə görə isə hər otaqda ayrıca hamam və ayaqyolu da nəzərdə tutulub. Tikilinin memarı Fəxrəddin Miralıyev yataqxananın müasir standartlara uyğun olacağını bildirdi. O qeyd etdi ki, tikinti zamanı müasir materiallardan və beton özüllərdən, dirəklərdən istifadə olunacaq. Təhsil Nazirinin müavini İradə Hüseynova: -Bu gün prezident H.Əliyevin 80 yaşı tamam olur. Belə bir tədbirin məhz bu gün keçirilməsinin tarixi öəhəmiyyəti böyükdür. Bu tikintinin maliyyə xərclərini öz üzərinə götürən G.Qənbərov gözəl, xeyirxah işlə məşğuldur. O, bu gün vaxtı ilə Azərbaycanda gözəl ənənələrin əsasını qoyan Hacı Zeynaləbdin Tağıyevin davamçısı kimi çıxış edir. G.Qənbərov gözəl, xeyirxah olmaqla yanaşı, həm də çox həssas insandır. Uşaqları qəlbən ürəkdən sevən bir insandır. Abşeronun gözəl bir guşəsi olan Şüvəlandqa belə bir internat məktəbinin təməl daşının qoyulması çox vacib bir məsələdir. Bizim hörmətli prezidentimiz Heydər Əliyev də uşaqlara çox böyük diqqət və qayğı göstərir. O, bütün çıxışlarında bu məsələyə toxunur. İnternat məktəbinin direktoru Akif Yusufzadə: -Bu gün həqiqətəndə çox əlamətdar bir gündür. Hörmətli prezident Heydər Əliyevin 80 illik yubileyi ilə eyni vaxtda- bu gün burada Azərbaycanın xeyirxah oğlu Gülağa Qənbərovun təşəbbüsü ilə yeni böyük bir kompleksin təməli qoyulur. Bütün kollektivimiz adından H.Əliyevi 80 illiyi münasibəti ilə təbrik edir, ona uzun ömür can sağlığı arzulayırıq. Eyni zamanda bu xeyirxah işə görə, G.Qəmbərov hamımızın böyük bir problemini aradan qaldırdı. Uşaqlar uçulub-dağılmaqda olan köhnə yataqxanaya girmək istəmirdilər. Ora çox bərbad vəziyyətdə idi. Novruz bayramında bura gələn G.Qənbərov avqustun 25-nə kimi uşaqları yeni otaqlarla təmin edəcəyinə söz verdi. Yazıçı Əlibala Hacızadə: Bu gün mən çox həyəcanlıyam. Bu gün xalqımızın böyük oğlu H.Əliyevin 80 illik yubileyi ilə eyni vaxtda həm də gözəl bir tədbirin iştirakçısıyıq. Haqqında çox eşitdiyimə baxmayaraq G.Qənbərovu bu gün görürəm. Lakin Novruz bayramından bəri üzünü görmədiyim, yalnız xeyirxah əməllərini gördüyüm bu şəxsə necə minnətdarlığımı bildirim. Görün burada neçə binanın təməli qoyulur. Bu bir daha göstərir ki, G.Qənbərov harada olmasına baxmayaraq onun ürəyi həmişə öz xalqı ilə birlikdədir. Öz torpağına bağlı bir insanın bu gün bu bağlılığı öz əməlində öz əksini tapır. Bu gün Tağıyevin ənənlərini məhz G.Qənbərov davam etdirir, xalqı üçün xeyirxah i8şlər görür. Bu işlər onun adını hər zaman yüksəklərdə yaşadacaq. Gülağa Qənbərov Hörmətli qonaqlar bizim burada toplaşmağımızın bir sıra səbəbləri var. Əvvəla qeyd edim ki, Azərbaycanda doğulub, boya-başa çatsam da hazırda Rusiyada yaşayıram və bu ölkənin vətəndaşıyam. İlk növbədə vətəndaşı olduğum ölkədə baş verən hadisələrə qiymət verməliyəm. Bu günlərdə Rusiya prezidenti V.Putinin dövlət başçısı kimi andiçmə mərasiminin üç ili tamam oldu. Bildiyiniz kimi V.Putin 2000-ci ilin mayın 10-da prezident seçilmişdi. Bu gün eyni zamanda Azərbaycan xalqının böyük oğlu, görkəmli prezident Heydər Əliyevin 80 yaşı tamam olur. Mən bu dahi rəhbəri 80 yaşının tamam olması münasibəti ilə təbrik edir, ona can sağlığı arzulayıram. Bu gün Heydər Əliyev təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox kənarda, xüsusən də MDB- də böyük hörmət bəsləyirlər. Bu inanılmaz faktdır. Azərbaycan xalqı müharibənin dayandırılmasında və vaxtilə ölkədə başlayan xaosun, hərc- mərcliyin qarşısını almağa görə məhz Heydər Əliyevə minnətdar olmalıdır. Mən bunu Azərbaycana 1989-1992-ci illərdə vaxtaşırı gələn və burada bir neçə xeyriyyə işləri gördüyüm üçün deyirəm. Lakin 1992-ci ildən sonra müəyyən vaxta qədər gəlməmişəm. Bununda çox sadə səbəbi var: həmin dövürdə Azərbaycan küçələrində gəzmək mümkün deyildi. Özbaşına dəstələr insanlara zərər verirdilər. Lakin H.Əliyev hakimiyyətə gəldikdən sonra artıq bu kimi halların qarşısı alınıb. Bu gün mən həm sizin, həm də öz adımdan H.Əliyevə şəfa diləyirəm. Bu gün təməlatma mərasimində çox hörmətli şəxslər iştirak edir. Onların hamısına dərin təşəkkürümü bildirirəm. Hörmətli yazıçımız ƏşHacızadənin mənə ünvanladığı məktubu oxuyandan sonra, təxminən gecə saat 5.00-da ona cavab yazdım. Cavabı maraqlı da olsa bu gün təməlini qoyduğumuz internat məktəbinin layihələrinin arxa tərəfinə yazmışdım. Qeyd etmişdim ki, internat məktəbində təhsil alan Xırdaxanım adlı balca uşağın gözlərində olan sevinci heç bir şair, yazıçı qələmə ala bilməz. O, uşağın qəlbini 32 hərfdən ibarət çərçivəyə salmaq və onları sözə çevirib xalqa çatdırmaq mümkün deyil. Mən bu uşaqların gözlərinə baxandan sonra xeyirxah iş gördüyümü hiss edirəm. İnanıram ki, bu uşaqların bir çoxu dil açacaq, sentyabrın 1-i dərsa gələndə təzə məktəb görəcəklər. İndi bu məktəb Akif müəllimə yuxu kimi gəlirsə, sentyabrın 1-də o dilsiz-ağızsız uşaqlara yuxu kimi gələcək. Səmimiyyətlə qeyd edim ki, mə bu işi heç bir təmənna güdmədən körpə balalarımız üçün edirəm. Azərbaycana nəyinsə xatirinə deyil, qazandığım pulları xərcləmək üçün gəlmişəm. Sizləri inandırım ki, Bakıya gələn kimi gördüyünüz bu internat məktəbinə baş çəkdikdən sonra digər işlərimi görürəm. Bu gün burada Hacı Zeynalabdin Tağıyev xatırlandı. Mən onun barəsində çox şeylər oxumuşa, haqqında kifayət qədər məlumatlarım var. Hərdən dostlarım mənə “niyə Həcc ziyarətinə getmirsən?” deyə müraciət edirlər. Mən onlara cavab verirəm ki, Həccə getməyin şərtlərindən biri odur ki, sənin artıq pulun olsun. Mənim isə artıq pulum yoxdur. Qazandığım pulları internat uşaqları üçün paltar alıram, məktəb tikirəm, qocalara vəəllilərə kömək edirəm. İkincisi, qoy mənə bu təklifi verənlər buradakı dilsiz-ağızsız körpələrin gözlərinə baxsınlar. Buuşaqların ürəklərindəki sevgi və minnətdarlıq hissi onların baxışlarında cəmləşib. Məsum körpələrin gözlərindən bunları oxuyanda özümü Həccə getmiş kimi hiss edirəm. Mən behişti də bu məktəbin həyətində, uşaqların gözlərində görürəm. Biz cənnəti öz əllərimiz və əməllərimiz ilə yaratmalıyıq. 1985-ci ildən başlayaraq Rusiyada, xüüsusəndə Moskvada yaşayan soydaşlarımızın təhsil almalarına kömək göstərirəm. Bu ənənəni bu gündə davam etdirirəm. İstərdim ki, bu internat uşaqları da gələcəkdə böyük alim olsunlar. Mən onlara əlimdən gələni etməyə hazıram. Qoy, onlar təhsil alıb ölkəmi irəli aparmaq gücünə malik olsunlar. Tədbirdən sonra mərasim iştirakçıları inşasına başlanılan üç mərtəbəli binanın təməl daşını qoydular. Tədbirin rəsmi hissəsindən sonra “Sirdaş” Ansambılı balaca körpələr üçün konsert proqramı ilə çıxış etdi.

May 2003

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə