Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə gedir. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan "Twitter"də bildirib. Ermənistan xarici işlər naziri 11-13 mart tarixlərində Antalya Diplomatik Forumunda iştirak etmək üçün Antalyaya yola düşəcək. “Onun bir sıra həmkarlarla görüşləri planlaşdırılır”, - mətbuat katibi qeyd edib.
Bütün hüquqlar qorunur © 2025