Çapa göndər
Ermənistanın xarici işlər naziri Türkiyəyə gedəcək

10 mart 2022 - 17:28

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə gedir.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan "Twitter"də bildirib.

Ermənistan xarici işlər naziri 11-13 mart tarixlərində Antalya Diplomatik Forumunda iştirak etmək üçün Antalyaya yola düşəcək.

“Onun bir sıra həmkarlarla görüşləri planlaşdırılır”, - mətbuat katibi qeyd edib.