Rusiya hərbçiləri Berdyansk Şəhər Şurasının binasını ələ keçirib. Bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyası məlumat yayıb . "Rosqvardiya şəhərə daxil olub, işğalçılar yerli şuranın binasında məskunlaşıblar. Hakimiyyət orqanları binanı tərk edərək başqa otaqda məskunlaşıb və orada bütün xidmətlərin işini təşkil ediblər. Xidmətlər işləyir, Berdyansk əlaqə saxlayır", - məlumatda deyilir. Məlumata görə, şəhərdə ərzaq çatışmazlığı ilə bağlı humanitar problemlər artır. "Mağazalardakı ehtiyatlar tükənmək üzrədir. Xəstəxanalarda koronaviruslu xəstələr üçün tibbi ləvazimatlar və oksigen çatışmazlığı var", - administrasiya əlavə edib.
Bütün hüquqlar qorunur © 2025