01 mart 2022 - 16:31
Rusiya hərbçiləri Berdyansk Şəhər Şurasının binasını ələ keçirib.
Bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyası məlumat yayıb .
"Rosqvardiya şəhərə daxil olub, işğalçılar yerli şuranın binasında məskunlaşıblar. Hakimiyyət orqanları binanı tərk edərək başqa otaqda məskunlaşıb və orada bütün xidmətlərin işini təşkil ediblər. Xidmətlər işləyir, Berdyansk əlaqə saxlayır", - məlumatda deyilir.
Məlumata görə, şəhərdə ərzaq çatışmazlığı ilə bağlı humanitar problemlər artır.
"Mağazalardakı ehtiyatlar tükənmək üzrədir. Xəstəxanalarda koronaviruslu xəstələr üçün tibbi ləvazimatlar və oksigen çatışmazlığı var", - administrasiya əlavə edib.