Ukraynanın paytaxtı Kiyevə yaxınlaşan hərbi kalonun peyk görüntüləri yayılıb. “Maxar Technologies”ın məlumatına görə, hərbi kalonun uzunluğu 64 km-dir. Böyük hərbi kalon zirehli texnika, tanklar, yedəkli artilleriya və digər maşınlardan ibarətdir. Çəkilişlər bazar ertəsi axşam saatlarında karvanın Antonov aviabazasından - Kiyev şəhərinin mərkəzindən təxminən 17 mil məsafədə - Priborskdan bir qədər şimalda uzanan yolda çəkilib. Məlumata görə, Priborsk Ukrayna-Belarus sərhədinə və Çernobılda tikintisi başa çatmamış nüvə reaktoruna yaxındır.
Bütün hüquqlar qorunur © 2025