Çapa göndər
Rusiyanın 64 km uzunluğunda hərbi kalonu Kiyevə doğru hərəkət edir

01 mart 2022 - 10:46

Ukraynanın paytaxtı Kiyevə yaxınlaşan hərbi kalonun peyk görüntüləri yayılıb.

“Maxar Technologies”ın məlumatına görə, hərbi kalonun uzunluğu 64 km-dir. 

Böyük hərbi kalon zirehli texnika, tanklar, yedəkli artilleriya və digər maşınlardan ibarətdir. 

Çəkilişlər bazar ertəsi axşam saatlarında karvanın Antonov aviabazasından - Kiyev şəhərinin mərkəzindən təxminən 17 mil məsafədə - Priborskdan bir qədər şimalda uzanan yolda çəkilib.

Məlumata görə, Priborsk Ukrayna-Belarus sərhədinə və Çernobılda tikintisi başa çatmamış nüvə reaktoruna yaxındır.