Təqvim
Səhiyyə Nazirliyində ciddi nöqsanlar aşkarlandı
19 oktyabr 2018 - 14:45

Səhiyyə Nazirliyinin fəaliyyətində ciddi nöqsanlar aşkarlanıb. Hesablama Palatasının yaydığı audit hesabatı 2016-2017-ci illərdəki dövrü əhatə edir.  

Bİ xəbər verir ki, hesabata əsasən, tibbi avadanlıqların alınıb quraşdırılması üçün aparılmış satınalma proseduru zamanı qanunvericiliyə əməl olunmayaraq, müqaviləyə əlavə edilmiş qiymət cədvəlində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisi obyekti üzrə 12 halda, Sabirabad Mərkəzi Xəstəxanasının tikintisi obyekti üzrə yeddi halda, Quba Mərkəzi Rayon Xəstəxanasının tikintisi obyekti üzrə səkkiz halda və Masallı Rayon Mərkəzi Rayon Xəstəxanasının tikintisi obyekti üzrə doqquz halda tibbi avadanlıqların texniki göstəriciləri tenderin qiymət təklifi cədvəlində əks olunmayıb. 

Sabirabad, Qazax və Quba rayon Mərkəzi Xəstəxanalarının tikintisi obyektləri (geoloji-mühəndisi və layihə-smeta sənədlərinin hazırlanması işləri) üzrə keçirilmiş təkliflər sorğusunun “Tender nəticələri haqqında tender komissiyasının yekun protokolu”nda “iddiaçının ixtisas uyğunluğunu müəyyənləşdirən meyarlar” bəndində iddiaçının layihə-smeta sənədlərinin hazırlanması işləri üzrə deyil, iddiaçının təmir işlərini aparma təcrübəsi beş balla qiymətləndirilməyib.

Açıq tender üsulu ilə satınalma prosedurlarının keçirilməsi üçün kifayət qədər vaxt olduğu halda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən vaxt çatışmazlığı əsas göstərilməklə, verilən razılığa istinad edilərək “Təkliflər sorğusu” və ya “Bir mənbədən satınalma” metodu tətbiq edilməklə, beş obyektin tikintisi üzrə 3-10 ay müddət keçdikdən sonra ümumilikdə 37994,4 min manat məbləğində satınalma müqavilələri bağlanılıb.

Satınalma proseduru keçirilmədən 14.04.2017-ci ildə bir halda 2906,4 min manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Tender əsas şərtlər toplusunda nəzərdə tutulsa da, açıq tender üsulu ilə həyata keçirilmiş satınalmalar üzrə bağlanılmış satınalma müqavilələrində xüsusi şərtlər müəyyən edilməyib.

2016-cı ildə həyata keçirilmiş satınalmalar zamanı qalib elan edilmiş müəssisələrlə bağlanmış bütün satınalma müqavilələrinin, 04.05.2017-ci il tarixində bağlanmış satınalma müqavilələrinin nəticələri barədə məlumat tender haqqında elanın verildiyi mətbuat orqanında və rəsmi internet saytında yerləşdirilməyib.

2016-cı ildə keçirilmiş kotirovka sorğuları zamanı ehtimal olunan məbləğin mövcud qaydalarda müəyyən edilmiş məbləğdən yuxarı olmasına baxmayaraq, kotirovka sorğularının keçirilməsi barədə elan mətbuat orqanında və rəsmi internet saytında verilməyib.

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
TURİZM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə