Niderland ən qısa müddətdə Ukraynaya 200 “Stringer” göndərəcək. Bu barədə yerli media ölkənin Müdafiə Nazirliyinə istinadla məlumat yayıb. Bildirilib ki, qərar Ukraynanın hərbi yardım çağırışına cavab olaraq qəbul edilib. “Stinger” – ABŞ zenit-raket kompleksidir, alçaqdan uçan hədəflərin məhvi üçün nəzərdə tutulub. 0,5-5 km məsafədə yerləşən təyyarə və helikopterləri uğurla hədəfə ala bilir.
Bütün hüquqlar qorunur © 2025