Çapa göndər
Niderland Ukraynaya hərbi texnika göndərir

26 fevral 2022 - 14:11

Niderland ən qısa müddətdə Ukraynaya 200 “Stringer” göndərəcək.

Bu barədə yerli media ölkənin Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Bildirilib ki, qərar Ukraynanın hərbi yardım çağırışına cavab olaraq qəbul edilib.

“Stinger” – ABŞ zenit-raket kompleksidir, alçaqdan uçan hədəflərin məhvi üçün nəzərdə tutulub. 0,5-5 km məsafədə yerləşən təyyarə və helikopterləri uğurla hədəfə ala bilir.