Xankəndidən Şuşaya çıxan yolda Rusiyanın zirehli transportyoru ermənilərin idarə etdiyi “Mercedes”ə çırpılıb. Sülhməramlıların idarə etdiyi zirehli texnika 35 yaşlı İrəvan sakininin avtomobili ilə toqquşub. Nəticədə irəvanlı erməni ölüb, digər 1 nəfər isə ağır yaralanıb. Onu əvvəlcə avtomobildən çıxarmaq mümkün olmasa da, əlaqədar qurumların köməyi ilə buna nail olunub. Məlumata görə, yaralının vəziyyəti ağırdır.
Bütün hüquqlar qorunur © 2025