Çapa göndər
Sülhməramlılara məxsus zirehli texnika ermənini əzdi

10 fevral 2022 - 13:04

Xankəndidən Şuşaya çıxan yolda Rusiyanın zirehli transportyoru ermənilərin idarə etdiyi “Mercedes”ə çırpılıb.

Sülhməramlıların idarə etdiyi zirehli texnika 35 yaşlı İrəvan sakininin avtomobili ilə toqquşub. 

Nəticədə irəvanlı erməni ölüb, digər 1 nəfər isə ağır yaralanıb. Onu əvvəlcə avtomobildən çıxarmaq mümkün olmasa da, əlaqədar qurumların köməyi ilə buna nail olunub. 

Məlumata görə, yaralının vəziyyəti ağırdır.