Təqvim
Gülağa Tənha II kitab: Çıxış edir: Xalq artisti Kamal Xudaverdiyev
24 yanvar 2022 - 10:09

Tanınmış şair – xeyriyyəçi Gülağa Qənbərovun (Tənha) “Dərdin nazını çəkmə” adlı şeirlər kitabının təqdimat mərasiminin davamını təqdim edirik. Aparıcı 01: Gülağa Tənha şeiriyyatı respublikamızın tanınmış sənət adamlarını cəlb edir. Elə o səbəbdən bəstəkarlar, müğənnilər onun yaradıcılığına dönə - dönə müraciət edirlər. Aparıcı 02: Korifey sənətkarımız, xalq artisti, bəstəkar Şəfiqə xanım Axundova şairin sözlərinə daha bir musiqi bəstələyib.
"Dərdin nazını çəkmə" adlı kitabın təqdimatı. Çıxışçı: Xalq artisti Gülyanaq Məmmədova Gülağa Tənha " Dərdin nazını çəkmə " II – kitab

"Dərdin nazını çəkmə" adlı kitabın təqdimatı. Çıxış edir: Xalq artisti Kamal Xudaverdiyev Xeyriyyəçi – şair Gülağa Tənhanın " Dərdin nazını çəkmə " adlı kitab sayca II – kitabdır. Səslənən şeir 1989 - cı il dekabrın 28 də yazılmışdır...
Nəzərinizə çatdırırıq ki, videoçarxlar məhz saytda yayımlanandan sonra yutub kanalında yenindən baxa bilərsiniz. Yeni videolarla görüşünüzə gələcəyik. Azpress.az saytını izləməyi və kanalımıza abunə olmağı unutmayın!

 


GÖNDƏR AZƏRBAYCANI


Dostum zəng elədi, soruşdu məndən:
– Söylə nə göndərim sənə Vətəndən?
Dedim ki, cənnətə dönsə bu məkan,
Kiminə ocaqdı, mənə qürbətdi.
Vətəndən uzaqda məni yaşadan
Yurda məhəbbətdi.
İstərəm elimin Günəşini mən,
İsitsin hər zaman mərd ürəyimi.
İstərəm dağların saf havasını,
Yuyum, təmizləyim hər diləyimi.
Göndər obamızın şah palıdını,
Göylərə baş çəkən xan çinarını,
Bu qürbət diyarda dayağım olsun.
Göndər aşıqların telli sazını,
Evimə xoş səsi, sədası dolsun...
Saydıqca qurtarmaz istəyim, kamım,
Ana Vətənimin bənzəri hanı?
Ey dosdum, göndərə bilirsən əgər,
Göndər bu diyara Azərbaycanı!

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə