KTMT-yə üzv ölkələr bu gündən etibarən qoşunlarını çıxarmağa başlayır. Məlumatda deyilir ki, Belarus sülhməramlılarının KTMT qüvvələrinin tərkibində Qazaxıstanda etirazlarla bağlı vəziyyətin nizamlanmasında iştirakı başa çatıb.
Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
“KTMT sülhməramlı qüvvələrinin Belarus hərbi kontingentinin Qazaxıstan Respublikasındakı böhranlı vəziyyətin həllində iştirakı başa çatıb. Sülhməramlı kontingentin çıxarılması bu gün başlayır və 10 gün ərzində başa çatacaq”, - Belarus Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Bütün hüquqlar qorunur © 2025