Çapa göndər
Belarus Qazaxıstandan qoşunlarını çıxarmağa başladı

13 yanvar 2022 - 14:55

KTMT-yə üzv ölkələr bu gündən etibarən qoşunlarını çıxarmağa başlayır. 

Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Belarus sülhməramlılarının KTMT qüvvələrinin tərkibində Qazaxıstanda etirazlarla bağlı vəziyyətin nizamlanmasında iştirakı başa çatıb.  

“KTMT sülhməramlı qüvvələrinin Belarus hərbi kontingentinin Qazaxıstan Respublikasındakı böhranlı vəziyyətin həllində iştirakı başa çatıb. Sülhməramlı kontingentin çıxarılması bu gün başlayır və 10 gün ərzində başa çatacaq”, - Belarus Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda deyilir.