Ermənistan Silahlı Qüvvələrinin əsgəri döyüş postunda qətlə yetirilib. Hadisə Vayotzor vilayətində baş verib. Başından yaralanmış 18 yaşlı Movses Aramaisoviç Tadevosyanı dekabrın 31-də səhər saat 10:50-də aşkarlayıblar. O, hospitala ap,arılarkən yolda keçinib. Tadevosyanla bir postda olmuş digər əsgər qətldə şübhəli bilinərək saxlanılıb.
Bütün hüquqlar qorunur © 2025