Çapa göndər
Ermənistanda əsgər postda güllələndi

04 yanvar 2022 - 12:30

Ermənistan Silahlı Qüvvələrinin əsgəri döyüş postunda qətlə yetirilib.

Hadisə Vayotzor vilayətində baş verib. Başından yaralanmış 18 yaşlı Movses Aramaisoviç Tadevosyanı dekabrın 31-də səhər saat 10:50-də aşkarlayıblar.

O, hospitala ap,arılarkən yolda keçinib.

Tadevosyanla bir postda olmuş digər əsgər qətldə şübhəli bilinərək saxlanılıb.