Təqvim
Xalq artisti Xuraman Qasımova mətbuat konfransı keçirdi +FOTO=12
24 dekabr 2021 - 21:12

22 dekabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan SSRİ-nin Xalq artisti, Azərbaycan SSRİ-nin dövlət mükafatçısı, "Şöhrət", "Şərəf", "İstiqlal" ordenli, "Solo oxuma və opera hazırlığı" kafedrasının müdiri, professor Xuraman Əkrəm qızı Qasımova Mətbuat Konfransı keçirtdi.

 

Mətbuat Konfransında dünya şöhrətli opera ifaçısı X.Qasımova son iki ildə Azərbaycan tarixində əlamətdar olan məqamlara toxundu, öz ürək sözlərini, xatirələrini təəssüratlarını media nümayəndələri ilə bölüşdü.

 

Xalq artisti ilk öncə 30 ildən sonra işğaldan azad olunan torpaqlarımızdan və Azərbaycan xalqı olaraq əldə etdiyimiz qələbədən, Zəfər günündən iftixarla danışdı. O, hətta müharibədə iştirak üçün könüllülər dəstəsinə  Bakı Musiqi Akademiyasının  igid tələbələrinin də yazıldığını bildirdi və ll Qarabağ müharibəsində torpaq uğrunda canından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbr dilədi.  Həmçinin Ali baş komandan, cənab prezident İlham Əliyevin torpaqlarımızın yağı düşməndən azad olunmasında yürütdüyü siyasət nəticəsində, onun rəhbərliyi altında müzəffər ordumuzun xalqımıza yaşatdığı qələbə sevincinə görə ona dərin minnətdar olduğunu və prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik etdi, incəsənətimizə,  musiqi mədəniyyətimizə verdiyi dəyər üçün təşəkkürünü bildirdi.

 

Sonra X.Qasımova bu il-2021-ci ildə Üzeyir Hacıbəyliadına Bakı Musiqi Akademiyasının yaradılmasının 100 illiyinin müxtəlif şəhərlərdə və müxtəlif səhnələrdə təntənəli şəkildə qeyd edilməsindən, bir-birindən maraqlı konsertlərin təşkil olunmasından söhbət açdı. O, Akademiyanın 100 illiyi münasibətilə Bakı Musiqi Akademiyasının rektoru  Xalq artisti, dünya şöhrətli pianoçu Fərhad Bədəlbəyli başda olmaqla, bütün kollektivi təbrik etdi, Üzeyir bəyin bünövrəsini qoyduğu bu təhsil ocağının səhnəsində daha neçə yüz illər konsertlərin, tədbirlərin, müsabiqələrin keçirilməsini, istedadlı tələbələrin, məzunların musiqimizi xarici ölkələrdə uğurla təmsil etmələrini arzuladı. Xuraman xanım bu ali musiqi ocağının neçə-neçə istedadlı musiqiçilər yetiştirdiyini, onların dünya səhnəsində tanınmasında böyük rolu olduğunu xatırlatdı.

 

Daha sonra Televiziya kanallarının, informasiya agentliklərinin, media nümayəndələrinin iştirak etdiyi mətbuat konfransında X.Qasımova jurnalistlərin ünvanladığı sualları ətraflı şəkildə cavablandırdı və iştirak edən hər kəsə təşəkkürünü bildirdi.

Sosial şəbəkələrdə paylaş:
Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib 22:07, 17 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaşları qəbul edib 20:24, 15 may 2024
“Sağlam ailə, davamlı gələcək” – Masallıda tədbir 19:50, 15 may 2024
“Yaşıl” təşəbbüs – sağlam mühit naminə 13:19, 14 may 2024
Gülağa Tənha: ÇİRKLİ PULLAR-219:36, 13 may 2024
Şəhid mayor Anar Novruzovun doğum günü qeyd edilib 13:51, 12 may 2024
Masallının nəqliyyat sektorunda yük və sərnişin daşınması 20:50, 11 may 2024
“Heydər Əliyev və Azərbaycan” – Masallıda konfrans 15:24, 11 may 2024
Həzi Aslanovun ev-muzeyinin 55 illiyi 10:13, 11 may 2024
Stalinin şəxsən “Şərəf nişanı” ordeni təqdim etdiyi Kolatanlı... 12:30, 09 may 2024
Lənkəran və Lerikdə Birinci Qarabağ müharibəsi şəhidləri dəfn olunub 19:35, 08 may 2024
“DAHİ ÖMRÜ” – Masallıda tədbir 17:21, 08 may 2024
Elm və təhsil naziri Masallıda vətəndaşları qəbul edəcək 12:07, 04 may 2024
SHXÇDX rəisi Masallıda vətəndaş qəbulu keçirəcək 11:49, 04 may 2024
Şəhid Famil Əlizadənin doğum günü qeyd edilib 16:52, 03 may 2024
Ağamir Cavad: “Sənə şeir yazım” 20:16, 01 may 2024
YAP Masallı rayon təşkilatı müsabiqə elan edir 16:35, 29 aprel 2024
EY SÖZ – Yeni şeirlər 00:11, 28 aprel 2024
Masallıda şəhid Faiq Şükürovun xatirəsi anıldı 11:58, 27 aprel 2024
Mədəniyyət və İncəsənət Universitetində Rəsmiyyə Sabirlə görüş 17:51, 26 aprel 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə