Təqvim
Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədliyə həsr olunmuş “Qəlbin nəğməsi” adlı xatirə gecəsi keçirilib +FOTO=13
22 dekabr 2021 - 19:57

Dekabrın  21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Əməkdar incəsənət xadimi, bəstəkar və pedaqoq Nailə Mirməmmədlinin 60 illik yubileyinə həsr olunmuş “Qəlbin nəğməsi” adlı xatirə gecəsi keçirilib.

 

Tədbirdə Xəzər rayon ictimaiyyəti ilə yanaşı, Nailə Mirməmmədlinin ailə üzvləri, yaxın dostları iştirak ediblər. 

 

İlk olaraq  Nailə Mirməmmədlinin həyat və yaradıcılığına həsr edilmiş videoçarx nümayiş olunub.

 

Tədbirin aparıcısı Könül Muxtarova Nailə xanımın həyat və yaradıcılığı haqqında məlumat verərək bildirib ki, Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndəsi, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli musiqi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır. Onun  özünəməxsusluğu ilə səciyyələnən geniş diapazonlu yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir.

 

Tədbirdə bir çox tanınmış simalar və elm adamları çıxış edib. Azərbaycan Respublikasının Xalq artistləri  Mələkxanım Əyyubova, Gülyaz Məmmədova, Əməkdar artistlər Bəyimxanım Vəliyeva, Babək Niftəliyev, “Səs Azərbaycan” layihəsinin qalibi Vlada Axundova, populyar müğənnilərdən Leyla Ramazanlının, Niyam Salaminin ifaları tamaşaçılar tərəfindən rəğbətlə  qarşılanıb. 

 

Nailə Mirməmmədlinin yazdığı “Cümhuriyyət” rəqsi Fatimə Fətəliyevanın ifasında tədbirə xüsusi rəng qatıb. 

 

Tədbirdə həmçinin kimyaçı-alim, dosent, hüquqşünas, “Qayıt ömrümə” mahnısının söz müəllifi Gültəkin Ələmdarqızı Nailə xanım haqqında xoş xatirələrinin tamaşaçılarla bölüşüb.

 

Qəlbinin musiqisi ilə könülləri riqqətə gətirən sevimli bəstəkarımız Nailə Mirməmmədlinin xatirəsi daim ürəklərdə yaşayacaq.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə