Təqvim
Gülağa Tənha Kitab təqdimatı ("Vətəndaş olaq" şeir, "Vətənə gələndə" mahnı və anons)
30 oktyabr 2021 - 18:00

Təqdim etdiyimiz videoçarxların birinci hissəsində xeyriyyəçi – şair Gülağa Tənhanın (Qənbərov) keçirtdiyi şeir müsabiqəsinin qaliblərindən biri olan məktəbli Sevinc Hüseynli şairin kitab təqdimatında “ Vətəndaş olaq” şeirini səsləndirir. Xalq artisti Mələkxanım Eyyubova isə Gülağa Tənhanın “Vətənə gələndə” şeirinə Əməkdar artist Elza Seyidcahan tərəfindən bəstələnmiş mahnını ifa edir. Video linkin üçüncü hissəsində xeyriyyəçi-şair Gülağa Tənhanın “Azərbaycana bağlıyam” adlı kitablarının təqdimat mərasimində yadda qalan anları nümayiş etdirilir.

 


VƏTƏNDAŞ OLAQ!...

 


Dil açıb Vətənə ana demişəm,
Vətənim – anamdı, anam – Vətəndi!
Udduğum havadı, içdiyim sudu,
Damarımda axan qanım – Vətəndi!
Yurda bağlananın, yurddaş olanın
Ocağı – Vətəndi, közü – Vətəndi!
Vətəndi bulağı, qayası, daşı,
Çəməni – Vətəndi, düzü – Vətəndi!
Canında-qanında od olmayanın,
Fikri, düşüncəsi qəpiyə dəyməz.
Vətənin adına ad olmayanın
Vətənsiz yaşamaq qəddini əyməz.
Gəl Vətən naminə yanaq, yaxılaq,
Bir bədən üstündə ayıq baş olaq.
Demirəm ucalaq uca göylərə,
Çölündə, düzündə qara daş olaq…
Vətəndaş olaq!
Vətəndaş olaq!

 

 

VƏTƏNƏ GƏLƏNDƏ

 

Qabağına yüyürər
Yol Vətənə gələndə.
Məcrasına sığışmaz
Sel Vətənə gələndə.
Saçına daraq olar
Yel Vətənə gələndə.
Ayağına sərilər
Gül Vətənə gələndə.
Gözdən həsrət yaşını
Sil Vətənə gələndə.
Gələndə oğul kimi
Gəl Vətənə gələndə!
Məzari – Şərif, 1980


Gülağa Tənha

 

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə