Qax rayonunda 60 yaşlı kişi oğlunun toyuna bir gün qalmış intihar edib. İntihar hadisəsi bu gün səhər saatlarında Qax rayonunun Güllük kəndində baş verib. Belə ki, kənd sakini 1961-ci il təvəllüdlü Musayev Nadir Reyzullah oğlu özünü həyətdəki köməkçi tikilidən asıb. Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil. Qeyd edək ki, sabah, yəni oktyabrın 30-u Nadir Musayevin oğlu Yaqub Musayevin toy mərasimi keçiriləcəkmiş. Faktla bağlı araşdırma aparılır.
Bütün hüquqlar qorunur © 2025