Çapa göndər
Ata oğlunun toyuna 1 gün qalmış intihar etdi

29 oktyabr 2021 - 16:06

Qax rayonunda 60 yaşlı kişi oğlunun toyuna bir gün qalmış intihar edib.

 

İntihar hadisəsi bu gün səhər saatlarında Qax rayonunun Güllük kəndində baş verib. Belə ki, kənd sakini 1961-ci il təvəllüdlü Musayev Nadir Reyzullah oğlu özünü həyətdəki köməkçi tikilidən asıb. Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

 

Qeyd edək ki, sabah, yəni oktyabrın 30-u Nadir Musayevin oğlu Yaqub Musayevin toy mərasimi keçiriləcəkmiş.

 

Faktla bağlı araşdırma aparılır.