Ağdaşda 15 yaşlı qız sirkə turşusu içərək intihara cəhd edib. Hadisə Ağdaş rayonu ərazisində yaşayan Şuşalı məcburi köçkün ailəsinin evində baş verib. Hələ ki, məlum olmayan səbəbdən 2006-cı il təvəllüdlü Həsənzadə Yaqut Münasib qızı sirkə turşusu içib. Hadisədən zamanında xəbərdar tutan doğmaları onu təcili xəstəxanaya çatdırıb. Faktla bağlı araşdırma aparılır.
Bütün hüquqlar qorunur © 2025