Çapa göndər
Ağdaşda 15 yaşlı qız intihara cəhd etdi

27 oktyabr 2021 - 14:17

Ağdaşda 15 yaşlı qız sirkə turşusu içərək intihara cəhd edib.

 

Hadisə Ağdaş rayonu ərazisində yaşayan Şuşalı məcburi köçkün ailəsinin evində baş verib. Hələ ki, məlum olmayan səbəbdən 2006-cı il təvəllüdlü Həsənzadə Yaqut Münasib qızı sirkə turşusu içib.

 

Hadisədən zamanında xəbərdar tutan doğmaları onu təcili xəstəxanaya çatdırıb.

 

Faktla bağlı araşdırma aparılır.