Təqvim
Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi
26 oktyabr 2021 - 14:27

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib.

 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Ərdoğanı hava limanında Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. İlham Əliyev Ərdoğanla Füzuli aeroportunun lentini kəsib.

 

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlət başçılarına Qarabağın simvolik açarlarını təqdim edib.

Sosial şəbəkələrdə paylaş:

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə