“Bakı Telefon Rabitəsi” MMC paytaxda optik kabellərin çəkilişini davam etdirir. Bunun üçün elan edilən 3 tenderin nəticələri məlum olub. Bİ.az tenderlərin reyestrinə istinadən xəbər verir ki, “Baktelecom” FO və TPP kabellərin alınmasına 1 milyon 624 min 415 manat ayırıb. Kabellərin alınması üçün bu il oktyabrın 3-də “Sidra Group” MMC ilə müqavilə bağlanıb. Bir gün sonra – oktyabrın 4-də isə digər tenderin qalibi olan “Maybo” MMC ilə optik kabellər üçün alətlərin alınması ilə bağlı müqavilə imzalanıb. Bunun üçün şirkətə 748 min 147 manat ayrılıb. Oktyabrın 5-də “Best Clima” MMC ilə bağlanan müqavilədə isə PVC boruların alınması nəzərdə tutulub. Bunun üçün “Baktelecom” şirkətə 832 min 339 manat vəsait ödəyəcək. Beləliklə, “Bakı Telefon Rabitəsi” MMC 3 müqaviləyə birlikdə 2 milyon 204 min 901 manat xərcləyəcək.
Bütün hüquqlar qorunur © 2024