"Azericard" MMC prosessinq mərkəzi maliyyə risklərinin, informasiya texnologiyaları avadanlıqlarının sığortalanması, eləcə də könüllü tibbi sığorta xidmətlərinin satın alınması üçün açıq tender elan edib. "Bİ" xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır. İddiaçılar ilkin sənədləri noyabrın 27-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 11-nə qədər şirkəti yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 54 ünvanına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Azər Qarayevdir (tel.: (012) 505 21 51, daxili 80 64 Təkliflərə dekabrın 12-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.
Bütün hüquqlar qorunur © 2024