Təqvim
#WE2019 müsabiqəsinin qalibləri işgüzar səfəri tamamladı (+FOTOLAR)
16 aprel 2019 - 13:25

Canveten.az xəbər verir ki,  “#WE2019 xanım sahibkarlar üçün müsabiqə”-nin qalibləri olmuş “İlin təşəbbüskar sahibkar xanımı” - Həvva Səfərova, “İlin təhsil üzrə sahibkar xanımı” - Elvira Bağırova, “Milli brendi təmsil edən ilin sahibkar xanımı” - Günel Məmmədhəsənova Türkiyənin İstanbul şəhərinə olan işgüzar səfərlərini yekunlaşdırıb.

 

Qeyd edilən, 3 sahibkar xanım “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə İstanbul şəhərində 12-13 Aprel tarixlərində baş tutan “Hosting Talk” tədbirində iştirak ediblər. Müsabiqənin yekununda mükafat olaraq təqdim edilmiş sözügedən işgüzar tədbir Türkiyə və digər ölkələrlə yeni əməkdaşlıqların əldə ediləcəyi, təcrübə və fikir mübadilələrinin, sektorlar üzrə qazanılmış təcrübələrin bölüşülməsi üçün nəzərdə tutulub. Tədbirdə Microsoft, Red Hat,NGN, Kloia, GoDaddy, StorPool, UzmanPosta kimi bir çox xarici şirkətlərin nümayəndələri ilə panel müzakirələri aparılıb. Xanımlar işgüzar səfərdə qazandıqları təcrübələri ölkəmizdə fəaliyyət göstərən öz bizneslərində tətbiq etməyi hədəfləyib.

 

Nəzərinizə çatdıraq ki, “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən həyata keçirilmiş “#WE2019xanım sahibkarlar üçün müsabiqə” 2019-cu ilin Yanvar-Mart aylarını əhatə edərək Respublika üzrə 161 xanım sahibkarın müraciəti arasında 5 fərqli nominasiya ilə “İlin sahibkar xanım”-larını müəyyən edib.

 

Müsabiqə “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı, Azər Türk Bank ASC-nin əsas dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dövlət tərəfdaşlığı, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosasiyası (AQSİA), “WoWoman Azerbaijan” təşkilatlarının, ADİU-da fəaliyyət göstərən Yunus Sosial Biznes Mərkəzi  və “INNOLAND” İnkubasiya Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib.

 

Müsabiqənin rəsmi informasiya dəstəkçiləri “ARB TV”, “MAG TV” və “1news.az”-dır. 

 

Müsabiqə haqqında ətraflı məlumat almaq üçün: https://we.youthinc.az

 

Sahib A. Gülməmmədov
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə