Təqvim
"Sosial şəbəkələrdən pul qazananlar vergi ödəməlidir"
17 oktyabr 2018 - 11:12

Azərbaycanda da sosial şəbəkələrdən pul qazananlar çoxdur. Onlardan bəziləri reklam paylaşımlarını barter yolu ilə etsə də, əksəriyyəti bunu pul qarşılığında həyata keçirir. Vergi Məcəlləsinin 125.1-1 maddəsinə əsasən, Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.

Qanunvericilikdə bildirilir ki, rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və ölkə hüdudlarından kənarda əldə etdiyi gəlir hesab olunduğundan, sosial şəbəkələr vasitəsilə əldə edilən gəlir sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir kimi gəlir vergisinin vergitutma obyektini təşkil edir və belə gəliri əldə edən fiziki şəxs vergi orqanında vergi uçotuna duraraq qanunamüvafiq qaydada gəlirlərini bəyan etməli, vergisini hesablayaraq dövlət büdcəsinə ödəməlidir.

 

Vergi Məcəlləsində onlayn formada tədarük edilən xidmət və işlərə görə 18%-lik ƏDV tutulur. Bu xidmətlərə sosial şəbəkələrdə ödənişli reklamlar da daxildir. Bundan başqa, elektron pul kisələrinə ("Google-wallet", "Apple’s Passbook", "Lemon Wallet", "Square Wallet", "Isis" və s.) pul yerləşdirildiyi zaman da 10%-lik vergi tətbiq olunur.

 

İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, gəlir gətirən istənilən növ fəaliyyətdən bu və ya digər formada vergi tutulmalıdır. Bu, ədalətli gəlir anlayışının mühüm tərkib hissələrindən biridir:

 

“Bu gün informasiya texnologiyaları sferasında gəlir gətirə bilən fəaliyyət üçün geniş imkanlar mövcuddur. Lakin bu sahəyə ciddi nəzarət edilməlidir ki, gizli biznesdən və ya gəlir gətirən fəaliyyətdən əldə olunan qazancdan dövlət büdcəsinə heç bir ödəniş edilməsin. Bu istiqamətdə inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə edilməklə və tanınmış şirkətlərin bu və ya digər məhsullarının onların öz sərhədsiz informasiya alətləri vasitəsilə reklamları və digər işgüzar fəaliyyətləri nəzarətə götürülməli və vergiyə cəlb olunmalıdır". 

 

İqtisadçı ekspert Rəşad Əliyevin sözlərinə görə, elektron ticarət sahəsinin vergiyə cəlb edilməsi bütün dünyada aktualdır. Bu növ ticarət internet şəbəkəsi üzərindən qurulduğu üçün internet kimi onun da sərhədi olmur. Yəni bir ölkə ərazisindən bütün dünyaya mal satmaq mümkündür. Bu isə vergiqoyma və rəqabət sahəsində ciddi problemlər yaradır: "Təsəvvür edin ki, Bakıda hansısa ticarət obyekti mağazaya görə icarə haqqı ödəyir, işçi saxlayır, satışdan dövlətə vergi verir. Bütün bunlar malın dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Lakin alıcıya eyni malın ucuzu lazımdırsa, həmin malı xarici saytlar vasitəsilə sifariş verir və əldə edir. Bunun isə dövlətə heç bir xeyri olmur. Onlayn ticarətin xüsusiyyətlərindən biri odur ki, həmin satış vasitəsilə satış xərcləri aşağı olur və daha çox alıcını əhatə etmək mümkündür. Bu isə həmin ticarətin rəqabət üstünlüyünə və gələcək inkişafına zəmin yaradır".

 

R.Əliyev bildirdi ki, bütün dünyada onlayn ticarət sektorunun getdikcə genişlənməsi səbəbindən vergi siyasəti daim təkmilləşdirilir:

 

“Bu sahədə əsasən iki əsas problem var. Birincisi, ticarət aparan şəbəkənin ölkə xaricində yerləşməsi ilə əlaqədardır. Bu isə onların birbaşa vergiyə cəlb edilməsində əngəllər yaradır. Bu problem Azərbaycanda da aktualdır. İkinci problem isə ölkə daxilində internet üzərindən ticarət quran şəxslərin vergiyə cəlb edilməsi ilə əlaqədardır. Bu, çox ciddi məsələlərdən biridir. Bizdə sosial şəbəkələr üzərindən ticarət quranlar kifayət qədərdir”.

 

© Vergiler

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
XARİCİ ƏLAQƏLƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə