Rusiyanın Perm şəhərində universitetdə atışma olub. Perm Dövlət Universitetində naməlum şəxs binaya daxil olaraq atəş açıb. Tələbə və müəllimlərin otaqlarda gizləndiyi, bir neçə nəfərin pəncərələrdən tullandığı deyilir. Silahlı insident nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb. Terroru törədən Timur Bekmansurov adlı şəxsdir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Cinayətkar saxlanılıb.
Bütün hüquqlar qorunur © 2024