20 sentyabr 2021 - 11:57
Rusiyanın Perm şəhərində universitetdə atışma olub.
Perm Dövlət Universitetində naməlum şəxs binaya daxil olaraq atəş açıb.
Tələbə və müəllimlərin otaqlarda gizləndiyi, bir neçə nəfərin pəncərələrdən tullandığı deyilir. Silahlı insident nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.
Terroru törədən Timur Bekmansurov adlı şəxsdir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Cinayətkar saxlanılıb.