Uşaqlarınızı zəngin olması üçün öyrətməyin

Təqvim
Uşaqlarınızı zəngin olması üçün öyrətməyin
17 oktyabr 2018 - 00:15

“Apple” şirkətinin qurucularından biri olan Stiv Jobs 5 oktyabr 2011-ci ildə dünyasını dəyişib.  Bİ.az 56 yaşında həyata gözlərini yuman milyarder Stiv Jobsun son məqaləsini təqdim edir:

İş həyatında böyük uğur qazandım. Bəziləri üçün həyatım müvəffəqiyyətin simvoludur, amma işdən kənarda az sevinc yaşadım. Sonda mənim zənginliyim həyatımda alışmış olduğum tək gerçəklik idi. Ölümlə qarşılaşdığım bu anda yatağımda yatarkən və gözlərimdə həyatımı canlandırdığımda fərqinə vardım ki, mənim bilinməyim və sərvətim ölüm qarşısında nə qədər də mənasızdır.

Avtomobili idarə etmək üçün, sizə pul qazandırması üçün kimisə işə götürə bilərsiniz, ancaq xəstəliyinizi daşımaq üçün kimisə işə cəlb edə bilməzsiniz. İtirilən maddi şeylər tapıla bilinər, ya da yerinə başqası qoyular. Lakin itirildiyində olmayacaq, ya da yeri dolmayacak tək şey var o da "Həyat". Bu an həyatınızın hansı səhnəsində olsanız olun, zamanla o səhnə pərdəsinin bağlanması ilə üzləşəcəksiz.

Ailənizə, həyat yoldaşınıza, dostlarınıza çox dəyər verin və sevin. Özünüzə yaxşı davranın və insanları qiymətləndirin. Yaşlandıqca və ümid edirəm ağıllandıqca fərqinə varırsız ki, 300 dollarlıq saat da, 30 dollar saat da eyni zamanı göstərir. Anlayırsınız ki, daxili rahatlıq bu cür şeylərlə əldə edilə bilməz. İstər “first class”, istərsə də “Ekonom” uçun. Bilin ki, təyyarə düşsə, siz də düşəcəksiniz.

 Ona görə də ümid edirəm ki, bunu  başa düşəcəksiniz: Qəhqəhə atdığınız, söhbət etdiyiniz, mahnılar oxuduğunuz, şimaldan, cənubdan, şərqdən, qərbdən, cənnətdən və dünyadan danışdığınız tanışlarınız, dostlarınız, köhnə dostlarınız, qardaşınız, bacınız varsa, bilin ki gerçək xoşbəxtlik budur.

Uşaqlarınızı zəngin olması üçün öyrətməyin, onların xoşbəxt olmaları üçün öyrədin. Beləliklə, böyüdükdə onlar hər şeyin qiymətini deyil, dəyərini bilirlər.

Yeməyinizi dərmanınız kimi yeyin, yoxsa dərmanı yemək yerinə yeyərsiniz.

Sizi sevən bir insan sizi heç vaxt tərk etməyəcəkdir. Ayrılmaq üçün yüzlərlə səbəbi sayırsa, mütləq qalmaq üçün bir səbəb tapacaqdır. İnsan və insan ola bilmək arasında çox böyük bir fərq var və bunu anlayan çox az insan var. Siz dünyaya gəldiyiniz zaman sevildiniz və öləndə də seviləcəksiniz. Bu arada qalan zamanda uğur qazanmalısınız.

Həyatda ən yaxşı altı həkim günəş işığı, istirahət, məşq, sağlam yemək, özünə inam və yoldaşlardır. Həyatınızın hər bir mərhələsində özünüzü qoruyun və sağlam həyatdan zövq alın.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© modern
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə