Yaponiyanın Hamamatsu şəhərinə səfər edən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) əməkdaşları bu şəhərdə yerləşən Dünya Musiqi Alətləri Muzeyinə Heydər Əliyev Fondunun hədiyyəsi olan tar, kamança və qaval təqdim ediblər. Bu münasibətlə muzeydə keçirilən mərasimdə Azərbaycanın Yaponiyadakı səfirliyinin birinci katibi Rövşən Cəfərov, ARMPK-nın şöbə müdiri Rüfət Hacılı və mətbuat katibi Azər Tapdıqov, Azərbaycan Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər iştirak ediblər.
Bütün hüquqlar qorunur © 2024