Əşhәdü әnla ilahә illәllah, Əşhәdü әnnә Muhәmmәdәn rәsulullah.

Təqvim
Əşhәdü әnla ilahә illәllah, Əşhәdü әnnә Muhәmmәdәn rәsulullah.
05 avqust 2021 - 20:33

Əgər siz səhərlər Sumqayıtdan Bakıya işə gəlirsinizsə yola çıxanda mütləq kəlmeyi şəhadəti deməlisiniz. İnsan ömründə bir kərə ölürsə sumqayıtlılar gündə iki kərə ölür, Bakı-Sumqayıt yolunda. Bakı-Sumqayıt yolu əsl cəhənnəm əzabıdır. Bakı-Sumqayıt yolu inkir-minkirə hesabat verməkdir, Bakı-Sumqayıt yolu qəbir əzabıdır.

Elə bil sumqayıtlılar üçün bu yol sirat körpüsüdür. Bu yolu, keçidi keçib işə çatdınsa, deməli, günahlarından arınmısan. İşə çatmağınsa sənin ən böyük mükafatın, cənnətlə qiymətləndirilməndir. Vaxtında işə çatmaq, hurilər deməkdir, cənnətin bol sulu şərab çaylarıdır və.s.i

Hələ bu da bəs deyilmiş kimi səhər zamanı metrodakı sıxlıq, vaqona minmək uğrunda ölüm-dirim savaşı. Bəzən interval uzanır. İnsanların nələr söylədiyini, xoş sözlərlə kimlərisə yad etməyini deməyə ehtiyac yoxdur. Yuxudan yeni duran insanların üzündə səhərin gözü açılmamış əzab var. Nifrət var-qəzəb var. Aqressiyanın müxtəlif formaları və.s. Qatar dayanır. İşinə, universitetə tələsənlər, gecikənlər bir anda özünü vaqona atmağa çalışır. Düşənlər? Kimdir onları düşünən. Bəzən olur ki, belə basabasda düşənlərdən kimsə öz dostunu içəridə unutmağa məhkumdur. Ya da kimsə özü çıxsa da çantası, ya hansısa əşyasını vaqona əmanət etməli olacaq. Hələ mən bir kərə xatirələrimi unutmuşdum vaqonda.

Bir cütlüksə baş verən hər şeyin fövqündə dayanıb. Hiss olunur ki, yeni cütlükdür. Aha! Öpüşməyə hazırlaşırlar. Yox, nə ayağımı yerə çırpmağa hazırlaşıram, nə də onlara mane olmağa çalışıram. Gülümsəyirəm. Özlərini unudublar. Əllərini də. Oğlanın əlləri yaman çox dəcəldir. Dodaqlarını da bu həngamədə unutmaq niyyətindədirlər. Onsuz da belə halda gözlər qapanır, nə kimsəni görmürsən, kimsənin səni də gördüyünü düşünmürsən. Əgər sevirsənsə...Beynin ağıl verəcək, senzura qoyacaq bütün hüceyrələri fəaliyyətini dayandırır. Dodaqlar arasındakı məsafə 3mm, 2 oldu, indi 1... Metropoliten işçisi xanım mikrofunu götürür: Xətti keçməyin. Beləcə atəşkəs imzalanır... "Xətti keçmə”yə hazırlaşan cütlük status-kvoya qayıdır.

Dostumuz Azər Qismətin başına gələn eyni hadisəni xatırlayıram. Bəlkə bu hadisə baş verməyib, özümdən uydururam?!

O cütlükçün dua edirəm, kaş, burada jurnalist, ya da çəkən olmasın. Yoxsa gün ərzində manşetlər: DƏHŞƏT! METRODA BELƏ ÖPÜŞDÜLƏR!

TƏCİLİ!YENİLƏNİR!VİDEO-FOTOLAR! ÖPÜŞƏN DODAQLAR DANIŞDI! QIZIN ƏRƏ GETMƏYƏN XALASI QIZI MƏSƏLƏYƏ MÜNASİBƏTİNİ BİLDİRDİ! Və.s.i.

Yoxsa onlara ömürlük psixoloji travma olacaq. Amma onlara görə sevinirəm, sevinirəm ki, bu qədər qətlin, ailə-münaqişə zəminində yaranan cinayətlərin fövqündə sevənlər var. Hiss edirəm, onlar səmimi-qəlbdən sevirdilər. Nə yaxşı məmləkətimin sevən insanları var. Xətti keçmək də yaxşı addımdır, əslində bütün xətlər keçilmək üçündür, amma baxır harda...

Qatardayıq. Amma ətrafı unutmayanlar da olur, bax, onların sevgisinə inanmıram. Qardaş, sevgilin var, bildik. Bu basabasda vaqonda ayaqlarını iki metr aralayıb. Sol tərəfə pependikulyar, sağa da paralel konusvari. Bədən qız doğru əyilmiş trapesiya formasına çevrilib. Əllər at üstündə qaçan hun döyüşçüsü kimi ox atmağa hazır, qapıya söykənib hədəfini möhkəm sıxıb. Bir növ qız aypara şəklində mühasirədədir. Qardaş elə bil türklərin turan taktikasını həyata keçirir. O qardaş əlləri boşaltsa, ayaqlarını yığsa mənim kimi 6-7 cılız bəndəniz də qatara minə bilər. Az qalırsan maşinistlə əlaqəyə çıxasan ki, sən bu sevgililəri apar,evlərinə ötür, sonra gəlib bizi apararsan.

Hələ bəzi tələbə qızların Uilyam Volosun ordusu tək ingilislərin kral əsgərləri üzərinə cumması kimi vaqon qapısına hücum çəkməsini demirəm..

Yanımda durub, hərarətini hiss edirəm. Sarışındır. Boyu 3-4 sm məndən hündür olar. Bu qədər əsəb verici yol saatlarında həyata ironiya etməyə çalışır, hansısa gözəllik çıxardıb həyatdan zövq almağa çalışıram. Mən hirslənməklə bu olmayacaq. Ona görə də əsəbi sevgiyə, həzzə çevirmək lazımdır. Hə, onu deyirdim, boyum çatmır boyuna qəlbimi pıçıldamağa. Çiyinlərinə söyləsəm olarmı? Elmlər Akademiyasında düşür, Bakı Dövlət Universitetinə doğru addımlayır... Gözlərim də onunla birgə addımlayır. Mənsə nəşriyyata. Gözlərimi unutmuşam BDU-nun qabağında, nəşriyyatda əllərim gözlərimi əvəz edir.

Sabah ? Sabah nə olacaq bilmirəm, eyniliklər təkrarlanacaq. Bu kərə qarşıma görəsən əsmər çıxacaq, yoxsa sarışın, bunu da bilmirəm, ya da boyu boyuma yaxın. Bütün bunlardan sonra ürəyim rahatlaşır. Hər gün yeni bir şeir var...

İşin bitməyini düşünürəm. Sumqayıta necə qayıtmağımı. 20 yanvardan çıxanda məni tutub Cəlilabada, Sabirabada aparmasalar iki saatlıq tıxacla Sumqayıta bəlkə çataram.

EMİN PİRİ

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə