Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Q.Mustafayevdə müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Evoğlu kənd sakinləri Q.Rzayevin, X.Axundovun, S.Allahverdiyevin və E.Cahangirovun yaşadıqları evlərinə baxış zamanı beş ədəd “İJ” markalı ov tüfəngləri aşkarlanıb. Faktlarla əlaqədar təhqiqat davam edir.
AzerTAC
Bütün hüquqlar qorunur © 2024