Çapa göndər
Ağdaş və Tərtər sakinlərindən ov tüfəngi aşkarlanaraq götürülüb

08 yanvar 2021 - 17:48

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Q.Mustafayevdə müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Evoğlu kənd sakinləri Q.Rzayevin, X.Axundovun, S.Allahverdiyevin və E.Cahangirovun yaşadıqları evlərinə baxış zamanı beş ədəd “İJ” markalı ov tüfəngləri aşkarlanıb.

Faktlarla əlaqədar təhqiqat davam edir.
AzerTAC