Təqvim
D vitamini əskikliyindən yaranan 8 xəstəlik
14 oktyabr 2020 - 14:18

D vitamini insan sağlamlığı üçün vacib olan maddələrdən biridir. Bu vitaminin çatışmazlığı bir sıra xəstəliklərin yaranmasına səbəb ola bilər.
Müasir həyatın sürətli tempi, qapalı məkanda iş, təmiz havada hər gün yetərincə olmamaq sağlamlığa xələl gətirən və bu vacib vitaminin çatışmazlığına səbəb olan amillərdir.
Hazırda koronavirus pandemiyası bu vitamini gündəmə gətirib və yaxşı ki, artıq insanlar onun əskikliyini aradan qaldırmağa çalışır.
D vitamin çatışmadıqda, əsasən aşağıdakı 8 xəstəlik yaranır:
Zökəm
Zökəm adətən qış aylarında günəşə həsrət qaldığımız dövrdə tüğyan edir. D vitamini çatışmazlığı orqanizmin zökəm və infeksiyalara yoluxma riskini artırır.
Yüksək qan təzyiqi
Aparılan tədqiqatlara görə, yüksək təzyiqdən əziyyət çəkən insanların qəbul etdikləri dərman siyahısına D vitaminini əlavə etməklə, onların səhhətində yaxşılığa doğru dəyişiklik müşahidə olunub. Bununla yanaşı həmin şəxslərin qanında laxtalanma yaxşılaşıb, eləcə də damar qıcıqlanmaları azalıb.
Xərçəng
D vitamini çatışmazlığı xərçəng xəstəliyinin süd vəzi, yumurtalıq və mədəaltı vəzi kimi bir neçə növü ilə əlaqədardır. Tədqiqatların nəticələrinə görə, orqanizmdə yetərincə D vitamini olan insanlar bu dəhşətli xəstəliyə qarşı daha davamlı olurlar.
Karies, ağız boşluğu və dişlərin digər xəstəlikləri
Günəş işığı çatışmazlığı birbaşa D vitamininin çatışmazlığına yol açır, bu isə dişlərin daha həssas olmasına səbəb olur, karies və digər ağız boşluğu xəstəliklərinə məruz qalmasına gətirib çıxarır. Çoxsaylı tədqiqatlar sübut edir ki, D vitamininin orqanizmdə yetərli dərəcədə olması dişlərin kalsium tərkibini yaxşılaşdırır, əks halda isə kariesin inkişaf riski artır.
İBS (bağırsaq xəstəlikləri)
ABŞ, Hindistan və Avropada aparılmış tədqiqatlar nəticəsində həzm prosesində yaranan Kron, İBC, kolit xorası kimi problemlər ilə D vitamini çatışmazlığı arasında əlaqə aşkar edilib. Tədqiqatın nəticələrinə görə, günəş işığının az olduğu ərazilərdə yaşayan insanlar İBS xəstəliyinə daha çox məruz qalırlar.
2-ci dərəcəli diabet
D vitamini səviyyəsini optimal diapazonda saxlamaqla, siz 2-ci dərəcəli diabetdən qorunmuş olursunuz.
Revmatoid artrid
Kanadada aparılan tədqiqatın nəticələri isə D vitamini çatışmazlığı nəticəsində revmatoid artridin yarandığını göstərib. Belə ki, orqanizmində D vitamini çatışmazlığı olan xəstələr əzələ ağrılarından daha çox əziyyət çəkirlər. Əgər daima əzələ ağrısından əziyyət çəkirsinizsə, D vitamininin səviyyəsini yoxladın.
Astma
Astmanın əsas səbəbi elm tərəfindən müəyyən edilməsə də, bəzi tədqiqatlara görə, respirator xəstəliklər D vitamini çatışmazlığı ilə əlaqədardır.
Məlumatlarda bildirilir ki, D vitamini qəbul etdikdə, uşaqlarda astma simptomlarının ağır təsiri və nəfəs yollarında qıcıqlanma azalır.
Bu səbəbdən də, xüsusən günəşli günlərdə açıq havada daha çox olmanızı tövsiyə edirik. D vitamini preparatanı qəbul etməyi düşünürsüzsə, mütləq həkimlə məsləhətləşin. Bu vitaminin çatışmazlığı yalnız qan təhlilləri nəticəsində müəyyən edilir.//medicina.az 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Marketinq və reklam
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə