Təqvim
Xudavəng monastırının vaizinə qarşı hörmətsizlik edildi. Faiq İSMAYILOV yazır
06 dekabr 2020 - 13:42

Xudavəng monastırının vaizinə qarşı hörmətsizlik edildi.

Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə öz mülkiyyət hüququnu tətbiq etməsi, Azərbaycanı öz mədəni dəyərləri üzərindəki hüququndan zorakı surətdə təcrid etmək məqsədi daşıyırdı.
Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərin qədim erməni torpaqları olması barədə Ermənistanın çoxsaylı iddialarının məqsədi işğal etdiyi Azərbaycanın 20% torpaqlarına sahib olmaq istəyinə haqq qazandırmaq olmuşdur. Məhz buna görə də Ermənistan 28 il işğal altında saxladığı Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid olan daşınmaz tarix və mədəniyyət abidələrinin və digər kateqoriyadan olan daşınan mədəni irs nümunələrinin mənimsənilməsi kimi qeyri-qanuni fəaliyyət həyata keçirmişdir. Ermənilərin bu vandal hərəkətləri Azərbaycanın işğal altında qalan xristian dövrü abidələrindən də yan keçməmişdir.

Bu məsələ eyni zamanda Azərbaycanda fəaliyyət göstərən xristian dini icmalarını da mütəmadi olaraq ciddi narahat etnişdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı yürüşü 44 günə zəfərlə başa çatdırdı. Bu qələbədən sonraKəlbəcər rayonundakı Xudavəng Monastrının vaizi bir qrup xristian dinindən olan inanclı ilə birlikdə Xudavəng Monastrına ziyarətə getdilər.
Ziyarət zamanı bir neçə nəfər keşiş qiyafəsində olan erməni onlara yaxınlaşaraq onları monastrın ərazisini tərk etməyi tələb ediblər. Bunu Trend-ə açıqlamasında Xudavəng monastırının vaizi Rafiq Danakari deyib.O bildirib ki, monastırda olan erməni keşişlər onların ziyarətinə mane olmaq istəsələr də, buna nail ola bilməyiblər.
Məlumat üçün bildirmək istəyirəmki bu Monastrın erməni Qriqoryan dininə heç bir aidiyyatı yoxdur.Ermənilərin özləri tərəfindən bu abidəyə qarşı vaxtaşırı vandallıq edilmiş, divar yazıları, xaç nümunələri dəyişdirilmiş, abidənin əzəli görkəmindən məhrum edilməsinə cəhd edilmişdir. Ermənilər bu monastırı mənimsəməklə öz mədəni irslərini zənginləşdirməyə çalışmışlar.
Xudavəng monastır kompleksi Kəlbəcər şəhərindən şərqdə, Ağdərə-Kəlbəcər magistral yolunun üstündəki Bağlıpəyə kəndindən aşağı, Ağdərə tərəfdə, Kəlbəcər şəhərinin 29-cu kilometrliyində yerləşən qədim alban monastr kompleksidir.
Monastr VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib. XV əsrlərdə bu abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib.
Məlumatlar göstərir ki, Həsən Cəlalın arvadı Minə Xatun burada dəfn olunub, anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Maraqlısı odur ki, üstü günbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından da istifadə olunmuşdur.
Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var idi. Birinci Qarabag müharibəsində Ağdərədən və Ermənistanın Basarkeçər(Vardenis) rayonundan gələn ermənilər Monastrın divarlarındakı xaç nişanlarının və yazıların bir hissəsini balta ilə çaparaq məhv etmiş, Monastrdakı Alban xaçlarının və rəsmləri, erməni xaçları və rəsmləri ilə əvəz etmişdilər.
İşğal dövrü ermənilərMonastrda təmir işləri apararaq. Monastrın bir çox yardımçı otaqlarını və giriş qapısını əzəli görkəmindən məhrum etdilər. 2-ci Qarabağ Müharibəsindən sonra ermənilər Monastıra məxsus ikonaları, dini kitabları, övliyaların portretlərini, xalçaları, taxta və metal konstruksiyaları, yumşaq və bərk mebelləri qarət edərək Ermənistana apardılar.
Ermənistan Respublikası tərəfindən Azərbaycanın mədəni irsinə aid olan Xudavəng Monastırına qarşı törədilmiş cinayət əməllərinə görə,“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının 10 aprel 1998-ci il tarixli Qanununa,1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya"yavə bu Konvensiyanın 1999-cu ildə qəbul edilmiş İkinci Protokoluna,Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində, mədəni mülkiyyətin, qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan edilməsinitəsbit edilən bu sənədə görə məsuliyyət daşıyır.

Faiq İSMAYILOV
Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin üzvü,
Beynəlxalq Memarlıq Akademiyasının
Moskva bölməsinin professoru.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə