Təqvim
MDB iştirakçı dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının iclası keçirilib
20 noyabr 2020 - 12:00

Cari ilin 18 noyabr tarixində MDB iştirakçı dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının videokonfrans formatında 35-ci iclası keçirilib.
 

İclasda MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlıq üzrə 2016-2020-ci illər üçün həyata keçirilmiş əsas tədbirləri və MDB-nin Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş Tədbirlər Planının icra vəziyyəti haqqında hesabatlar dinlənilmiş, 2021-2025-ci illər üçün mədəniyyət sahəsində həyata keçiriləcək əsas tədbirlərin təşkili ilə bağlı görüləcək işlər, MDB çərçivəsində elan olunmuş Xalq yaradıcılığı və mədəni irs ilinə (2022) həsr olunmuş Tədbirlər Planı layihəsinin hazırlanması və digər məsələlər müzakirə olunmuşdur.
 

İclasda Rusiya Federasiyası, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan və Özbəkistanın mədəniyyət nazirləri və nazir müavinləri və MDB-nin İcraiyyə Komitəsinin rəhbərliyi  iştirak etmişdir.
 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini nazir müavini Sevda Məmmədəliyeva təmsil etmişdir.
 

İclasda çıxış edən Sevda Məmmədəliyeva təqribən 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin, xüsusilə də  Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən Şuşa şəhərinin müzəffər ordumuz tərəfindən azad edilməsi və bunun dünya mədəniyyəti üçün əhəmiyyəti barədə iştirakçıları ətraflı məlumatlandırmışdır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi Qətnamələrdə (822,853,874,884) erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması tələb olunsa da, işğalçı Ermənistan bütün bu müddət ərzində onlara məhəl qoymamış və təcavüzkar siyasətini davam etdirmişdir.
 

Qeyd olunmuşdur ki, maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin işğalı nəticəsində bir sıra şəhərlər tamamilə məhv edilmiş, bütün mədəni mülkiyyət talan olunmuş, tarixi abidələr və mədəniyyət müəssisələri vəhşicəsinə dağıdılmışdır. Nazir müavini hazırda azad edilmiş ərazilərdə mədəni mühiti canlandırmaq, abidələri, muzeyləri və müxtəlif mədəniyyət müəssisələrini bərpa etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən xüsusi fəaliyyət planının hazırlandığını bildirmişdir. Qeyd edilmişdir ki, tarixi abidələrin və mədəniyyət obyektlərinin vəziyyətinin ilkin monitorinqi artıq başlanılıb. Keçirilmiş ilkin monitorinq nəticəsində аşkar olunmuşdur ki, bütün mədəniyyət müəssisələri tamamilə dağıdılmış vəziyyətdədir və bütün bunlar Ermənistan tərəfi üçün beynəlxalq hüquqi məsuliyyət yaradır. Məsələyə UNESCO və digər beynəlxalq təşkilatların qəbul etdiyi konvensiyalar çərçivəsində baxılması nəzərdə tutulur.
 

S.Məmmədəliyeva çıxışında həmçinin MDB ilə əməkdaşlıq çərçivəsində ölkədə mədəniyyət sahəsində həyata keçirilən layihələr, görülən işlər və yeni növ Koronavirus (COVID–19) pandemiyası dövründə fəaliyyətini onlayn qaydada davam etdirən mədəniyyət müəssisələri barədə məlumat vermişdir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə