Təqvim
Prezident Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı fərman imzaladı
06 noyabr 2020 - 21:20

Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı təsdiq edilib.

 

Fərmanla müəyyən edilir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (bundan sonra – dövlət müəssisələri) idarə olunması ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsində nəzərdə tutulmuş səlahiyyətlər, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin dövlət müəssisələri idarəetməyə verildiyi gündən AİH-ə keçir.

 

- AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri aşağıdakı mənbələrdən maliyyələşdirilir:

- ilk 3 il ərzində (AİH-in nizamnamə fonduna ayrılmış vəsait nəzərə alınmaqla) dövlət büdcəsinin vəsaiti hesabına;

- idarəetməsinə verilmiş dövlət müəssisələrinin illik xalis mənfəətinin 20 faizinin AİH-ə ödənilməsi hesabına;

- qanunla qadağan olunmayan digər mənbələrdən.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

- bu Fərmanın 2.2.1-ci yarımbəndinə uyğun olaraq maliyyələşməni təmin etməli;

- AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi üçün tələb olunan vəsaiti bu Fərmanın 2.2.1-ci yarımbəndinə uyğun olaraq növbəti illərin dövlət büdcəsi layihələrində nəzərdə tutmalı;

- bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş dövlət müəssisələri idarəetməyə verilənədək mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqi və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində AİH-ə təqdim etməlidir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
XARİCİ ƏLAQƏLƏR
ZAMİN LAÇIN: De necə çəkmisən, bu qədər dərdi... 18:21, 01 dekabr 2020
Millət vəkili Emin Hacıyev: Hərb meydanında qələbəmiz Ağdam və Kəlbəcər rayonlarının siyasi yolla azad olunmasını təmin etdi 18:19, 01 dekabr 2020
İtalyan senator: Azərbaycan haqlı tərəfdir 18:16, 01 dekabr 2020
Paşinyan məhkəmədə uduzdu 18:14, 01 dekabr 2020
Mərkəzi Gömrük Hospitalının youtube kanalında həkimlərin faydalı məsləhətlərini dinləyin 18:10, 01 dekabr 2020
BirKart-la taksit əməliyyatları edin, 100 AZN qazanın! 18:09, 01 dekabr 2020
"Pİ GROUP" şirkətinin "Qələbə Bizimdir" adlı layihənin çəkilişləri başa çatıb. 18:06, 01 dekabr 2020
Biz qalibik! Məğlub düşmənimizsə heç də zəif deyildi… AZƏR HƏSRƏT yazır 18:04, 01 dekabr 2020
Gülağa Tənha 1 dekabr 2020 (KLİP)12:46, 01 dekabr 2020
İranın nüvə aliminə qarşı sui-qəsdin təfərrüatları 14:31, 30 noyabr 2020
"Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirdi 14:29, 30 noyabr 2020
BDU-nun tələbələri XIX “Bakı Yapon Dili Natiqlik” müsabiqəsinin qalibi olublar 14:26, 30 noyabr 2020
İrəvan şəhəri və onun tarixi haqqında 14:23, 30 noyabr 2020
Xarici diplomatlar və beynəlxalq təşkilatla Ağdamı ziyarət edəcək 14:17, 30 noyabr 2020
Koronavirusa qarşı peyvəndlərin çatışmazlığı 14:15, 30 noyabr 2020
Qaydalar sərtləşdirilə bilər - TƏBİB-dən xəbərdarlıq 14:13, 30 noyabr 2020
Vüsalın atası “Topçu” arağının istehsalının dayandırılmasını İSTƏDİ 14:06, 30 noyabr 2020
Tanınmış xeyriyyəçi, iş adamı Gülağa (TƏNHA) Qənbərovdan xalqa çağırış: İlham Əliyev cənablarına Milli Qəhrəman adı verilsin, Azərbaycan dövlətinə əbədi rəhbərlik etsin!12:33, 29 noyabr 2020
Bugünədək Azərbaycanda 678616 hektar sahədə payızlıq taxıl səpini həyata keçirilib 14:38, 28 noyabr 2020
Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində təqdim edir: Kürmük məbədi - VİDEO 14:35, 28 noyabr 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə