Şirkət bundan sonra aşağı büdcəli modellərini ixtisar edərək ən böyük bazar seqmentlərində iştiraka can atacaq. Ötən il Fransanın PSA qrupuna daxil olan Opel şirkəti növbəti iki il üçün planlarını açıqlayıb. Bİ.az xarici mətbuata istinadən xəbər verir ki, Alman markasını mənfəətə gətirmək üçün General Motors, bir neçə il uğursuz cəhddən sonra 2017-ci ilin yazında Opel-i Fransızlara satdı. Hal Hazırda subkompakt Opel Crossland X, kompakt Opel Grandland X və Opel Combo modelləri ilə gündəmdə olan Opel, 2019-cu ildə Corsa-nın 6-cı nəslini təqdim edəcək. Yeni Corsa CMP platformasna sahib olacaq. Bu platformaya sahib olacaq Corsanın elektrik versiyası da işıq üzü görəcək. Bu ilin yanvar-avqust ayı ərzində Avropada 148730 ədəd satılan Corsa Opel-in ən çox satılan modelidir. 2020-ci ildə Opel suv seqmentində açar rolunu oynayan Mokka-nı təqdim edəcək. Təqdimatdan sonra Opel-in bu seqmentdəki gəlirinin 25-40% artıracağı proqnozlaşdırılır. Hazırda bu seqmentdə Mokka X və Crossland X bir birilərinə rəqibdirlər. Fərqli cəhətləri sadəcə Mokka X-ın tam çəkimli olmasıdır. EMP2 platformasında nəzərdə tutulan Opel Grandland X Hibrid versiyası isə gələn ilə nəzərdə tutulub. 2019-cu ildə orta ölçülü ailə və kommersiya tipli yeni Opel Vivaro təqdim ediləcək. Subkompakt Adam və Karl, həmçinin Cascada kabrioletlərin istehsalı isə 2019-cu ilin sonuna qədər dayandırılacaq. Ümumiyyətlə 2020-ci ilə qədər Opel, səkkiz yeni və yenilənmiş modelləri təqdim edəcək. Şirkət dörd modelini təqdim edəcəyi vaxtı sirr olaraq saxlayıb.
Bütün hüquqlar qorunur © 2024