Təqvim
Qeyri-neft sektorunda 11%-lik artım
11 oktyabr 2018 - 15:33

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-sentyabr aylarında 35,6 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2% çox sənaye məhsulu istehsal edilib. 

"Bİ.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,8%, neft sektorunda isə 0,7% artıb.Sənaye məhsulunun 73,1%-i mədənçıxarma sektorunda, 22,3%-i emal sektorunda, 4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 0,7%, əmtəəlik qaz hasilatı isə 2,4% artıb. Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 27,4 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,8 dəfə, elektrik avadanlıqlarının və tütün məmulatlarının hər birinin istehsalı 2,5 dəfə, mebel istehsalı 2,1 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 53,3%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 42,7%, tikinti materiallarının istehsalı 32,2%, ağacın emalı və ağacdan məmulatların istehsalı 20,6%, metallurgiya sənayesi məhsullarının istehsalı 15,7%, içkilərin istehsalı 11,4%, kimya sənayesi məhsullarının istehsalı 7,8%, hazır metal məmulatlarının istehsalı 7,4%, kağız və karton istehsalı 5,8%, geyim istehsalı 1,6% artıb.

Bundan əlavə qida məhsullarının istehsalı 0,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı 2,8%, əczaçılıq məhsullarının istehsalı 3,6%, kompüter, elektron və optik məhsulların istehsalı 10,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 10,8%, maşın və avadanlıqların istehsalı 13,2%, sair nəqliyyat vasitələrinin istehsalı isə 64% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,9%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,2% artıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TURİZM
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə