Təqvim
Mürəbbələr orqanizmi yolxucu xəstəliklərdən qoruyur
14 sentyabr 2020 - 19:37

Yay aylarında demək olar ki, bir çoxların evində qışa hazırlıq üçün mürəbbə və turşu tədarükü görülür. Hazırlanan bu mürəbbələrin insan sağlamlığına faydalarından xəbəri olanlar da var, olmayanlar da. Gəlin bu mürəbbələrin bəzilərinin faydaları ilə birlikdə tanış olaq.
Mürəbbələrin xəstəliklərə olan faydalarını təqdim edirik:
Moruq mürəbbəsi – Moruq antosiyaninlərlə zəngindir. Bu antosiyaninlər antioksidant rolunu oynayaraq sərbəst radikallarla mübarizə aparmağa və iltihabı azaltmağa kömək edir. Ürək-damar xəstəliklərin qarşısını alan böyürtkən C vitamini baxımından zəngindir. Tədqiqatlar göstərir ki, gündəlik C vitamini qəbulu arteriosklerozun (ateroskleroz) inkişafını ləngidə, infarkt və insult kimi ürək-damar problemləri riskini azalda bilər. Moruq mürəbbəsi immun sistemini möhkəmləndirir, vitamin çatışmazlığının qarşısını alır, iltihab və mikrobəleyhinə təsir edir, hərarəti salır.
Heyva mürəbbəsi – həkimlərin xüsusilə vərəm xəstəliyi üçün tövsiyə etdiyi şəfalı bir qidadır. Bu mürəbbə ürək-damar sistemi və qalxanvari vəzi üçün faydalıdır. Norveçli alimlər tərəfindən xərçəng əleyhinə xüsusiyyətlərə malik olduğu sübut olunan heyva mürəbbəsi, xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır. Təbii bir antibiotikdir, qanı təmizləyir, xəstəlikləri sağaldır və orqanizmi yoluxucu xəstəliklərdən qoruyur. Bundan başqa bağırsaqları təmizləyərək həzm sistemini yaxşılaşdırır.
Ananas mürəbbəsi – Ananas mürəbbəsinin, sağlamlıq üçün olduqca faydaları var. Belə ki, tənəffüs yollarını açı, öskürək və soyuqdəyməni müalicə edir, həzmi yaxşılaşdırır, sümüklərin möhkəmlənməsinə kömək edir, ağız sağlamlığını qoruyur, görmə qabiliyyətini artırır. Eyni zamanda iltihablanmanı azaldır, xərçəngin qarşısını alır, ürək-damar xəstəliklərin qarşısını alır, immunitet sistemini gücləndirir və qan dövranını artırır.
Zoğal mürəbbəsi – Soyuqdəymənin bir nömrəli dərmanı dedikdə ağıllara ilk öncə zoğal mürəbbəsi gəlir. C vitamini ilə zəngin olan zoğal soyuqdəymə ilə yanaşı damarları möhkəmləndirir, onların elastikliyini qoruyur, mədə pozulmaları, böyrək daşı xəstəliyi zamanı yaxşı kömək edir. Bundan başqa, sidik kisəsi, sidik yolları iltihabları zamanı zoğal və onun yarpaqları sidikqovucu və iltihabəleyhinə vasitə kimi istifadə olunur. Ümumiyyətlə zoğal iltihab, bakteriya və virus əleyhinə təsirə malikdir.
Badımcan mürəbbəsi – Badımcanın sağlamlığa olan faydaları artıq bir çoxlarına məlumdur. Tərkibi A,C,E və K vitaminləri ilə zəngindir. Özü ilə ilə yanaşı mürəbbəsinin də bir sıra faydaları var. Əsəbləri sakitləşdirir, təzyiqi salır, ürək döyüntülərini aradan qaldırır. Eyni zamanda sidikqovusu xüsusiyyətə malikdir bağırsaqları yumşaldır, qan azlığını aradan qaldırır, qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir. Bundan başqa babasilə, böyrək ağrılarına yaxşı təsir göstərir, qandakı xolesterol səviyyəsini aşağı salır və damar tutulmasına müsbət təsir edir. yeniavaz.com 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Marketinq və reklam
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə