Təqvim
Naxçıvan Bölməsində 39 adda qədim əlyazma və çap kitablarının təqdimatı olub
12 sentyabr 2020 - 22:43

AMEA-nın Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət nazirliyi tərəfindən bu elmi qurumun Əlyazmalar Fonduna hədiyyə edilən qədim əlyazma və çap kitablarının təqdimatı keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq muxtar respublika ərazisindən toplanılan əlyazma və qədim çap kitablarının tariximizin və mədəniyyətimizin öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib. Alim daim dövlət qayğısı ilə əhatə olunan Əlyazmalar Fondunun 15 il ərzində muxtar respublikaya aid müxtəlif tarixi qaynaqları əhatə edən nəşrlərlə xeyli zənginləşdiyini deyib. Bildirib ki, fondda mühafizə olunan əlyazmaların bəziləri Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən hədiyyə olunub.
İsmayıl Hacıyev Mədəniyyət nazirliyi tərəfindən müxtəlif tarixi qaynaqları əhatə edən yeni əlyazma və qədim çap kitablarının bölmənin Əlyazmalar Fonduna hədiyyə edilməsinin artıq ənənə halını aldığını deyib. Bildirib ki, fondun balansına daxil olan nümunələr əməkdaşlar tərəfindən bərpa olunur, cildlənir və onlara müəyyən gigiyenik xidmət göstərildikdən sonra sistemli tədqiqatlara cəlb olunur.
Sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək Azərbaycan xalqının əvəzsiz yazı, əlyazma sərvəti ilə dünya mədəniyyətində layiqli yer tutduğunu deyib. Bildirib ki, bu gün tarixin müxtəlif dövrlərində əlyazma və kitab şəklində yazıya alınmış qədim nümunələr xalqımızın milli mədəniyyətini və qədim keçmişini, eləcə də dərin bilik və mədəni qabiliyyətini özündə ehtiva edir.
Qeyd olunub ki, Naxçıvan Bölməsinə hədiyyə edilən qədim əlyazma və kitablar diyarın qədim tarixinin, burada mövcud olmuş zəngin mədəniyyətinin elmi şəkildə və əhatəli formada öyrənilməsində, eyni zamanda təbliğində mühüm rol oynayacaq.
Natəvan Qədimova Naxçıvan Muxtar Respublikasında mədəniyyətimizin, tariximizin öyrənilməsinə, bu sahələrin elmi əsaslarla əhatəli şəkildə tədqiqinə göstərdiyi böyük diqqət və qayğıya görə ziyalılar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Daha sonra Əməkdar mədəniyyət işçisi Akif Hacıyev çıxış edərək tarix və mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin araşdırılması, qorunması, təbliğinin və gələcək nəsillərə ötürülməsi hər kəsin vətəndaşlıq borcu olduğunu söyləyib.
Tədbirdə Əlyazmalar Fondunun direktoru, filologiya elmlər doktoru Fərman Xəlilov Mədəniyyət nazirliyi tərəfindən fondun balansına 39 adda qədim əlyazma və çap kitabı daxil olunması ilə bağlı məlumat verib. Bildirib ki, XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərinə aid, Azərbaycan, ərəb və fars dillərində olan kitablar arasında Sədi Şirazinin “Gülüstan”, Rəşid bəy Əfəndiyevin “Bəsirətul-ətfal”, Bəhaəddin Məhəmməd Amilinin Məşədi Hacı tərəfindən çapı sifariş edilən “Cameyi-Abbasi”, Əli ibn Məhəmmədhəsən Təbrizinin “Pəncah hədis”, Hafiz Şirazinin “Qəzəliyyat”, “Zinətul-məcalis” və digər elmi, bədii, dini kitablar, həmçinin dərs vəsaitləri də yer alıb. Bunlar içərsində XX əsrin əvvəllərində Bakıda çap olunan H. Cavidin “Şeyx Sənan”, A. Şaiqin “İldırım”, Ə. Haqverdiyevin “Şeyx Şəban” və “Bəxtsiz cavan” kitabları da vardır.
Fərman Xəlilov nazirlik tərəfindən ötən dövr ərzində Əlyazmalar Fonduna ümumillikdə 100-ə yaxın qədim əlyazma və çap kitablarının verildiyini diqqətə çatdırıb. O, fond əməkdaşları tərəfindən nəşr etdirilən “Farsdilli əlyazma və əski çap kitablarının kataloqu” və “Türkdilli əlyazma və çap kitabları kataloqu”nu Mədəniyyət nazirinə təqdim edib. Bildirib ki, fondun balansına daxil edilən yeni kitablar da gələcəkdə hazırlanan kataloqlara salınacaq.
Sonda tədbir iştirakçıları fonda hədiyyə edilən qədim əlyazma və çap kitabları ilə yaxından tanış olublar.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
İQTİSADİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə