“TESLA”nın səhmləri 7% ucuzlaşıb. Bİ.az xəbər verir ki, Tesla şirkətinin rəhbəri İlon Maskın “tvit”i növbəti dəfə şirkətin səhmlərinin 7 % ucuzlaşmasına səbəb olub. İlon Mask kinayə ilə komissiyanın inanılmaz işlər gördüyünü bildirib. Qeyd edək ki, bir müddət əvvəl Komissiya İlon Maskı fırıldaqda ittiham etmiş, lakin daha sonra tərəflər mübahisəli məsələ üzərində razılığa gəliblər. Mask “Tesla” şirkətini özəlləşdirəcəyi ilə bağlı bəyanatından sonra sözlərini təkzib etmiş, bu isə, öz növbəsində şirkətin səhmlərinin 12% dəyərdən düşməsinə səbəb olmuşdu. Yalan bəyanata görə, Mask 20 milyon dollar məbləğində cərimə ödəməli və şirkətin rəhbərliyindən azı 3 il müddətində uzaqlaşdırılmalıdır.
İlon Mask “Twitter” səhifəsində Amerika Birləşmiş Ştatlarının Qiymətlər Kağızlar və Birja üzrə Komissiyasını möhtəkirlikdə ittiham edib.
Bütün hüquqlar qorunur © 2024