Təqvim
Azərbaycan turizminin bərpası PATA-da müzakirə edilib
19 avqust 2020 - 13:11

Avqustun 19-da Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) və “BBC World News”un birgə təşkilatçılığı ilə turizm destinasiyalarının pandemiya dövründə fəaliyyətinə dair silsilə görüşlər çərçivəsində ilk görüş Azərbaycana həsr olunub.
 
“Destinasiyalara baxış: Azərbaycan” mövzusunda keçirilən görüşdə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid BBC-nin “The Travel Show” verilişinin aparıcısı Rajan Datarın suallarını cavablandırıb.
 
Florian Zenqstşmid son illərdə Azərbaycanda iqtisadiyyatın diversifikasiyası baxımından turizmin xüsusi önəm kəsb etməsi, bu sahəyə investisiya qoyuluşunun artması, Azərbaycanın turizm destinasiyası kimi formalaşması, turizm sənayesinin inkişafında dövlətin rolu, hədəf bazarlarda görülmüş işlər barəsində məlumat verib.
 
Hazırkı dövrdə sağlamlıq və təhlükəsizliyin əsas amil olduğunu vurğulayan F.Zenqstşmid pandemiyanın turizm sənayesinə təsirləri, bu təsirlərin minimuma endirilməsi üçün  görülən tədbirlər və turizmin mərhələli bərpa planı haqqında danışıb.
 
O, müsahibə çərçivəsində Azərbaycanda mövcud multikultural dəyərləri, etnik və dini müxtəlifliyi, tarixi-mədəni irsi ilə yanaşı, müasir və geniş infrastrukturun olmasını vurğulayaraq  Azərbaycanın Formula 1, Avropa Oyunları, Avroviziya, İslam Həmrəylik Oyunları, UEFA-nın Avropa Liqasının final oyunu kimi beynəlxalq əhəmiyyətli yarışların təşkilatçılığında uğurlu təcrübəyə malik olduğunu qeyd edib. 
 
Tədbirin ikinci hissəsində Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov, Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam, “Pasha Travel” şirkətinin baş əməliyyat direktoru Çingiz Mürsəlov və AZAL-ın aviasərnişin daşımaları üzrə direktoru Cəmil Manizadə panel müzakirədə iştirak ediblər. Müzakirələrdə Azərbaycan Turizm Bürosunun marketinq kampaniyası və pandemiyanın sözügedən kampaniyaya təsiri, ATB tərəfindən təşkil olunmuş vebinarlar, Azərbaycanın turizm imkanları barədə beynəlxalq turizm sənayesinin nümayəndələri üçün onlayn platforma vasitəsilə keçirilən təlimlər, pandemiyanın hotelçilik sənayesinə təsiri və hotellərdə tətbiq olunan qaydalar, eyni zamanda mövcud reyslər və hava nəqliyyatı sektorunun gələcəyi müzakirə olunub.
 
Tədbirin sonunda panelistlər tərəfindən iştirakçıların sualları cavablandırılıb.
 
Qeyd edək ki, Dövlət Turizm Agentliyi 2019-cu ilin dekabr ayından etibarən Asiya - Sakit Okean regionu üzrə beynəlxalq turizm platforması rolunu oynayan və 800-dən çox üzvə malik olan Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA)

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
PREZİDENT
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
“Masallı folklor örnəkləri” 3-cü kitabının təqdimatı 19:58, 30 may 2024
Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir 14:45, 29 may 2024
Boks üzrə kadetlər arasında zona birinciliyinin finalına yekun vurulub 16:51, 28 may 2024
Masallı məktəblərində Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib 22:58, 27 may 2024
Müstəqillik Günü münasibətilə konsert – Masallıda 20:33, 27 may 2024
Masallının volleybolçu qızları region çempionudur 19:16, 27 may 2024
Güləş üzrə region turnirinə yekun vurulub – Masallıda 19:40, 25 may 2024
4 Masallı məktəblisi Zona Fənn Olimpiadasının qalibləri sırasında 12:45, 25 may 2024
“Müstəqil, müasir Azərbaycanın qurucusu və əbədiyaşar lideri” – Masallıda tədbir 20:05, 24 may 2024
Professor Musa Quluzadənin yubileyi qeyd olunub 15:18, 24 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə