Təqvim
IP kameralarımızı kiberhücumlardan necə qoruyaq?
21 iyul 2020 - 21:53

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ictimaiyyətin məlumatlandırılması məqsədilə təhlükəsizlik kamerasının təhlükədə olduğunu müəyyənləşdirməyin yollarını və onları kiberhücumlardan qorumağın qaydalarını açıqlayıb.
 


Aşağıdakı hallar təhlükəsizlik kamerasının təhlükədə olduğuna işarədir:
 


1. Təhlükəsizlik kamerasından qəribə səslər gəlirsə – Kameranın hücuma məruz qaldığının əsas əlamətlərindən biri kameradan gələn qəribə səslərdir. Bu, kameranın haker tərəfindən işə salınması və ya idarə edilməsinin göstəricisidir.


2. Kameranın təhlükəsizlik parametrləri dəyişdirilibsə – Kameranın sındırıldığının digər nəzərəçarpan əlaməti təhlükəsizlik parametrlərinin dəyişdirilməsi və ya şifrənin standart parol olaraq təyin edilməsidir.


3. Kamera qeyri-adi şəkildə dönərsə – Kamera hərəkətlərinizi izləyir və ya adi haldan fərqli bir istiqamətdə hərəkət edirsə, bu kameranın hakerlər tərəfindən idarə olunması ehtimalı çox yüksəkdir.


4. Əgər LED işığı yanırsa – Kameranı açmadığınız halda LED işığı yanırsa, bu, kameranın başqası tərəfindən idarə olunduğunu göstərir.
 


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti təhlükəsizlik kameralarını kiberhücumlardan qorumaq üçün aşağıdakı qaydalara əməl edilməsini tövsiyə edir:
 


•    Təhlükəsizlik kameralarını yalnız nüfuzlu və etibarlı təchizatçıdan alın. Ən vacib addım kameranı almazdan öncə məhsulun təhlükəsizlik səviyyəsi (ötürülən məlumatların şifrələnib-şifrələnmədiyi, şifrələnmənin etibarlılığı, proqram təminatı yeniləməsinin mümkün olub-olmadığı, texniki dəstək xidməti və s.) barədə məlumat əldə etməkdir.
 


•    IP kameranın SSL/TLS və WPA2-AES şifrələməsi kimi əsas təhlükəsizlik xüsusiyyətlərinə sahib olduğundan əmin olun. Belə ki, SSL/TLS şifrələnməni dəstəkləməyən cihazlar məlumatları açıq şəkildə ötürür. Bu da IP kameraları kiberhücumlara məruz qoyur.


•    “Wi-Fi” şəbəkənizi və routeri düzgün konfiqurasiya edin. “Wi-Fi” şəbəkənizin təhlükəsizliyini təmin etmək IP kameralarınızı qorumaq üçün ilk və ən sadə addımdır. Bura WPA2-AES şifrələmədən istifadə, standart şəbəkə adının (SSID) dəyişdirilməsi, router üçün standart istifadəçi adı və parolların dəyişdirilməsi, güclü parollardan istifadə, UpnP funksiyasının söndürülməsi və digər tədbirlər daxil ola bilər.
 


•    Standart şifrələri dəyişin və güclü şifrələrdən istifadə edin. Təcrübə göstərir ki, IP kameralarına kənar müdaxilənin əsas səbəbi standart şifrələrin dəyişdirilməməsi və ya şifrələnmədən istifadə olunmamasıdır. Bu olduqca təhlükəlidir. Şifrə yaradarkən böyük və kiçik hərflərin, rəqəm və simvolların kombinasiyasından istifadə edin. Şifrələri mütəmadi olaraq yenilməyi unutmayın.
 


•    Standart HTTP və TCP port nömrələrini dəyişdirin. Standart HTTP və TCP portunun dəyişdirilməsi kameranızın təhlükəsizliyini xeyli artıra bilər. HTTP və TCP portları uzaqdan şəbəkəyə çıxış üçün istifadə olunur. Bu iki portu 1025 ilə 65535 aralığında istənilən port nömrəsinə təyin edə bilərsiniz.
 


•    HTTPS/SSL şifrələnməni aktivləşdirin. Kameranız veb-brauzer vasitəsilə girişi dəstəkləyirsə, HTTPS-i aktivləşdirmək üçün SSL sertifikatı yaratmalısınız. HTTPS-i işə saldıqdan sonra kamera və müştərilər arasında məlumat şifrələnməyə başlayır.
 


•    Kameranın proqram təminatını (firmware) rəsmi mənbələrdən mütəmadi olaraq yeniləyin. İstehsalçılar adətən boşluqları aradan qaldırmaq üçün proqram versiyalarını yeniləyir. İstehsalçının saytına daxil olaraq ən son yeniləmələrdən xəbərdar olun.
 


•    “Uzaqdan onlayn izləmə” funksiyasını söndürün. Bir çox təhlükəsizlik kamerası uzaqdan evinizi izləməyə imkan verir. Bu, eləcə də hakerlərə uzaqdan kameranıza daxil olmağa imkan verir. İstifadə etmədiyiniz müddətdə bu funksiyanı söndürün.
 


•    Təhlükəsizlik sisteminə daxil olarkən istifadə etdiyiniz cihazların sayını məhdudlaşdırın. Sistemə daxil olmaq üçün şəxsi mobil telefonlar və kompüterlərdən istifadə edin. Sistem təhlükəsizliyini riskə atmamaq üçün ortaq istifadə olunan kompüterlərlə sistemə daxil olmaqdan çəkinin.
 


•    Sisteminizi xarici təhdidlərdən qorumaq üçün “firewall” və antivirus quraşdırın.
 


•    İstifadə etmədiyiniz müddətdə veb-kameraları söndürün. Noutbuklarda və ya kompüterlərdə veb-kameranı söndür/yandır funksiyası mövcuddur. Mümkün müdaxilə zamanı özünüzü qorumaq üçün istifadə etmədikdə bu funksiyanı söndürün. Eyni proseduru mikrofon üçün də tətbiq edə bilərsiniz.
 


•    Veb-kameranızın üzərini örtün. Absurd görünsə də, veb-kameralar vasitəsilə bizi görmək və eşitmək üçün zərərli proqramlar hazırlandığından tədbirli davranmaq məcburiyyətindəyik. Yapışqan lent və ya adekvat məhsul vasitəsilə istifadə etmədiyiniz müddətdə kameranın üzərini bağlayın.
 


•    Şifrə bərpa üçün istifadə olunan elektron poçtları qoruyun. Düşünün, bədniyyətli bütün şifrələrinizin bərpası üçün istifadə etdiyiniz e-poçta daxil olsa, nə baş verə bilər? Buna ən yaxşı alternativ hər məqsəd üçün ayrıca e-poçtdan istifadə etməkdir.
 


•    Kameralarınızı hər kəs üçün əlçatmayan, təhlükəsiz yerdə quraşdırın.
 


•    Onlayn izləmə üçün ictimai “Wi-Fi” şəbəkələrindən istifadə etməyin. Kibercinayətkar oxşar şəbəkə yaradaraq sizi aldada və ya bu kimi şəbəkələr hər kəs üçün əlçatan olduğundan və qorunmadığından məlumatlarınız ələ keçirilə bilər.
 


Yuxarıda qeyd edilən tövsiyələr təkcə IP kameralar üçün deyil, internetə qoşulan bütün cihazlar üçün tətbiq edilməlidir. İnternet bağlantısından istifadə edən istənilən cihazı almadan öncə məhsulun kiberhücumlara qarşı nə qədər təhlükəsiz olduğunu araşdırmaq tövsiyə olunur. Cihaz konfiqurasiya olunarkən yuxarıda qeyd edilən təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi təmin edilməlidir.
 


Xatırladaq ki, kiberinsidentlə üzləşdikdə www.cert.az saytı və reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərsiniz.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TURİZM
“Heydər Əliyevin 100 illiyi” yubiley medalları təqdim edilib - Masallıda 18:48, 18 mart 2024
Sərrast atıcı, xilaskar döyüşçü 15:27, 18 mart 2024
İMKANSIZ AİLƏLƏRƏ BAYRAM SOVQATI PAYLANILDI - GÜLAĞA TƏNHANIN TƏŞƏBBÜSÜLƏ11:48, 18 mart 2024
Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır 19:53, 17 mart 2024
2024-cü ilin Gənclər Paytaxtı Lənkəranda Novruz festivalı 17:49, 17 mart 2024
“Aqrar biznes festivalı” – Masallıda 18:12, 14 mart 2024
Novruz düşüncəsi: Səməni 13:40, 14 mart 2024
Düşmən çəpəri, yurd sipəri 17:07, 13 mart 2024
Masallı məktəblərində “İdman həftəsi” keçirilib 19:59, 12 mart 2024
Cəsur komandir: ”Qorxu ölüm deməkdir” 19:12, 11 mart 2024
Dünya çempionu, XTQ zabiti 18:29, 10 mart 2024
EŞQ İLƏ DOLU KÖNÜLLƏR QOCALMAZ 16:24, 09 mart 2024
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
Masallılı voleybolçu yenidən ölkə yığmasına rəhbərlik edəcək 15:28, 28 fevral 2024
Xocalı soyqırımının 32-ci ildönümü Masallının təhsil müəssisələrində qeyd edilib 23:39, 26 fevral 2024
Xocalı soyqırımı qurbanlarının xatirəsi Masallıda böyük ehtiramla anılıb 22:00, 26 fevral 2024
...Xocalıya qayıdanacan 19:33, 25 fevral 2024
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edib 12:45, 25 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə