Təqvim
Neftçala şəhərinə yeni magistral su kəməri çəkilir -FOTO=4
05 iyul 2020 - 16:59

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti daha bir şəhərdə içməli su və kanalizasiya layihəsinin icrasına başlayıb. Uzun illərdir içməli su çatışmazlığının müşahidə olunduğu Neftçala şəhərinə yeni magistral su kəməri çəkilir. Neftçala şəhərinin və ətraf kəndlərin sakinləri Şirvan-Muğan qrup su kəməri ilə Kür Sutəmizləyici Qurğularında emal olunan keyfiyyətli su ilə təmin olunacaq.

Şirin su ehtiyatının məhdud olduğunu Neftçala rayonunun bütün yaşayış məntəqələrində içməli su təchizatı həmişə aktual olub. Neftçala şəhərində 1950-1970-ci illərdə tikilmiş içməli su təchizatı sistemləri istismar müddətini başa vurduğundan artan tələbatı ödəmək iqtidarında deyil. İndiyə qədər Neftçala şəhərinə içməli su Kür çayından götürülərək qismən təmizləndikdən sonra verilib. Bu baxımdan yeni layihənin icrasına başlanarkən ilk növbədə şəhərə etibarlı mənbədən - Şirvan-Muğan qrup su kəmərindən suyun verilməsi qərara alınıb. Neftçala şəhərinə suyun özüaxımlı rejimdə verilməsini təmin etmək üçün Salyan şəhərinin yaxınlığında, relyef baxımından nisbətən yüksəklikdə 7500 kubmetr tutumu olan su anbarının tikintisinə başlanıb. Bununla paralel olaraq anbardan Neftçala şəhərinədək 560 mm diametrli borularla 44 km uzunluğunda magistral su kəməri inşa edilir. Magistral su xəttinin tikintisi cari ilin sonuna qədər başa çatdırılacaq və kəmər mövcud içməli su şəbəkəsinə birləşdiriləcək.

Neftçala şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə əsasən, gələcəkdə Neftçala şəhəri, eləcə də şəhər mərkəzinə bitişik Bankə və Kürkənd qəsəbələrində 118 km içməli su, 116 km kanalizasiya şəbəkələri yaradılacaq. Tullantı sularının idarə olunması və təmizlənib zərərsizləşdirilməsi məqsədilə 8,6 km kanalizasiya kollektorunun və məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası planlaşdırılır.

 Yeni yaradılacaq infrastruktur hesabına gələcəkdə magistral su kəmərinin marşrutu boyu su veriləcək kəndlər də daxil olmaqla 80 mindən şox sakin faydalanacaq.

Qeyd edək ki, hazırda Neftçala şəhərində və rayonun bir sıra kəndlərində içməli su problemi müşahidə olunur. Son vaxtlar Kür çayında suyun azalması səbəbindən codluğun yüksəlməsi suyun keyfiyyətinə təsir edib və onu içməyə yararsız vəziyyətə gətirib. Buna görə də rayon mərkəzinin, eləcə də 10-dan artıq kənd və qəsəbənin içməli suya olan tələbatı maşınlarla daşının su hesabına təmin olunur. Bu məqsədlə 15 sudaşıyan nəqliyyat vasitəsi ayrılıb və Salyan şəhərindən Neftçalaya suyun daşınması təmin edilir. Modul tipli sutəmziləyici qurğular quraşıdırılmış kəndlərdə isə çənlər daşıma suyu ilə doldurulur və müəyyən olunmuş qrafiklə bulaqlara su verilir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TURİZM
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə