Təqvim
Dövlət başçısının yeni Fərmanları sosial müdafiə sahəsindəki mühüm struktur islahatlarında yeni irəliləyişlərə təminat yaradır
30 iyun 2020 - 20:54

Prezident İlham Əliyevin bu gün imzaladığı Fərmanlar sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi, bu sahədə əhaliyə xidmət səviyyəsinin artırılması məqsədilə aparılan böyük struktur islahatı prosesində yeni irəliləyişlərə təminat yaradır.

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 30 iyun 2020-ci il tarixli Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki publik hüquqi şəxslərin - Dövlət Sosial Müdafiə Fondunun,  Dövlət Məşğulluq Agentliyinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Sosial Xidmətlər Agentliyinin Nizamnamələri təsdiq edilir.

Yeni yaradılmış Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinə əsasən, qurum sosial xidmət sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edəcək. Sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) sosial xidmət göstərmək, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlər görmək, sosial xidmət sahəsində fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, göstərilən sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi və s. də yeni qurumun fəaliyyət istiqamətlərinə daxildir.

Həmçinin Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yeni təsdiq edilmiş Nizamnaməsinə görə, məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, təqaüd və kompensasiyalarla, qanunvericilikdə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərir.

Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətlərinə isə işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması, boş olan və işçi tələb edilən iş yerləri barədə məlumatları əsasında vakansiya bankının yaradılması, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması və s. daxildir.  Agentlik həmçinin  işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrini elektron formada aparacaq. İşsiz kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması məqsədilə fərdi məşğulluq proqramı tərtib edəcək.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində işləri aparacaq.

Nazirlər Kabineti dövlət orqanının əsasında publik hüquqi şəxsin yaradılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Qanunla dövlət qulluqçuları üçün nəzərdə tutulan qulluq stajının toplanmasına az qalan dövlət qulluğuna xitam verilmiş şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun təmin edilməsinə dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilən tapşırıqlar sırasında Dövlət Sosial Müdafiə Fondunun tabeliyindəki dövlət sosial xidmət müəssisələrinin, Dövlət Məşğulluq Xidmətinin tabeliyindəki peşə hazırlığı mərkəzlərinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyindəki dövlət reabilitasiya müəssisələrinin əsasında, müvafiq olaraq, Sosial Xidmətlər Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində publik hüquqi şəxslərin yaradılması üçün iki ay müddətində zəruri tədbirlər görülməsi tapşırığı da yer alıb.

Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli digər Fərmanında isə “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanda bir sıra dəyişikliklər (həmçinin Nazirliyin Aparatının  və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Aparatının işçilərinin say həddi ilə bağlı) edilməsi tapşırılır.

Beləliklə, 30 iyun 2020-ci il tarixli hər iki Fərman ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində idarəçiliyin müasir yanaşmalara uyğun optimallaşdırılması və bu əsasda əhaliyə xidmətlərin vətəndaş məmnunluğu prinsipi üzrə inkişafına yönələn islahatların uğurla davam etdirilməsi məqsədi daşıyır.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında müvafiq qurumların əsasında yeni publik hüquq şəxslər dövlət başçısının 30 dekabr 2019-cu il tarixli Fərmanına əsasən yaradılıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
XARİCİ ƏLAQƏLƏR
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə