Təqvim
Kaspersky və AVL Software and Functions GmbH avtomobillər üçün təhlükəsiz avtonom idarəetmə blokunu təqdim edib
29 iyun 2020 - 19:52

Kaspersky və AVL Software and Functions GmbH şirkəti avtomobili avtomobillər üçün KasperskyOS əməliyyat sistemi əsasında ilk elektron idarəetmə blokunu hazırlayıblar. Bu həll, nəqliyyat vasitəsinin sisteminə hər hansı bir icazəsiz müdaxiləni aradan qaldırır. Öz növbəsində, müxtəlif avtomobil komponentlərinin rabitə və qarşılıqlı əlaqə ssenariləri Kaspersky Security System mühərrikinin köməyilə tənzimlənir ki, bu da proseslərin ciddi şəkildə təcrid edilməsini və təhlükəsizlik siyasətində nəzərdə tutulmayan hərəkətləri standartart olaraq blok edir.

Getdikcə daha çox qlobal avtomobil istehsalçısı avtomobil idarəsinin avtomatlaşdırılması texnologiyalarına meyl edirlər, bununla yanaşı, sürücülərin fiziki təhlükəsizliyinə təhdid yaradan hər hansı bir problemi vaxtında aradan qaldırmaq üçün mövcud idarəetmə bloklarındakı çatışmazlıqları düzəltmək, proqram təminatını daim izləmək lazımdır. Çox vaxt təcavüzkarlar işlək avtomobillərə hücum edir və koddakı səhvlərdən istifadə edirlər. Nəqliyyat ekosistemlərini qorumaq üçün, informasiya təhlükəsizliyi mexanizmlərinin artıq istehsal mərhələsində tətbiq olunduğu tamamilə yeni kompleks bir yanaşma tələb olunur.

Kaspersky və AVL tərəfindən hazırlanmış idarəetmə bloku, sürücü yardımı sisteminin (ADAS) bir hissəsidir və prototip hazırlanması və kütləvi istehsal üçün çevik ayarlana bilən bir platformadır. O, iki ədəd güclü tək çipli prosessor və təhlükəsizlik nəzarəti cihazı ilə təchiz olunmuşdur, ona çox sayda cihaz qoşula bilər: kamera, LIDAR texnologiyası və digər komponentlər. Apparat platforması CAN (Controller Area Network) və Ethernet standartlarını dəstəkləyir. KasperskyOS, ADAS komponentlərinin etibarlı qarşılıqlı əlaqəsini təmin edir, həmçinin idarəetməyə icazəsiz müdaxilə ehtimalını aradan qaldırır: yəni zərərli kod komponentlərdən birinə daxil olsa belə, sistemdə onun funksionallığı təmin edilmədiyi üçün nəqliyyat vasitəsinin işinə təsir göstərə bilməyəcəkdir.

Bundan əlavə, AUTOSAR konsorsiumu ilə tərəfdaşlıq çərçivəsində Kaspersky yeni, Kaspersky Automotive Adaptive Platform adlanan SDK (Software Development Kit) alətlər dəstini hazırlayıb. Onun köməyilə avtomatlaşdırılmış və pilotsuz nəqliyyat vasitələri üçün proqramlar, məsələn, sistemin monitorinqi üçün proqram təminatı, yaratmaq olar. Kitabxanalar dəsti də AUTOSAR Adaptive arxitekturasının tələblərinə cavab verən və əlavə dəyişiklik etmədən KasperskyOS-la işləməyə imkan verən üçüncü tərəf proqram təminatının quraşdırılmasına imkan verir.

“Söhbət avtonom idarəetmə funksiyaları olan avtomobillərə gəldikdə, sürücülərin, sərnişinlərin və piyadaların təhlükəsizliyi ön plana çıxır. Daxili təhlükəsizlik sistemi olan KasperskyOS, bəyan olunmamış kod komponentlərinin çağırılması və ya üçüncü tərəf tətbiqləri vasitəsilə sistem idarəsinin ələ keçirilməsini əngəlləyəcəkdir. Biz AVL SFR ilə əməkdaşlıq etməkdən məmnunuq və onlarla birlikdə həm funksional, həm də informasiya təhlükəsizliyini təmin edən bir sistem yaratmaqdan qürur duyuruq," deyə KasperskyOS-un biznesin inkişafı üzrə direktoru Qriqori Sizov bildirib.

“ADAS ECU kimi yüksək performanslı kontrollerlər tərəfindən yerinə yetirilən mürəkkəb funksiyalar əməliyyat sistemi səviyyəsində qorunmalıdır. KasperskyOS ilə inteqrasiya, nəzarət kanallarının təhlükəsizliyinə, mövcudluğuna, məxfiliyinə və etibarlılığına lazımi etimad səviyyəsini təmin etməyə imkan verir," AVL Software and Functions GmbH şirkətinin Funksional Təhlükəsizlik və Kibertəhlükəsizlik üzrə rəhbəri Dirk Qeyer vurğulayıb.

Birinci dərəcəli tədarükçülər və istehsalçılar prototiplərin layihələndirilməsi üçün artıq ADAS ECU-dan istifadə edə bilərlər.

Kaspersky Automotive Adaptive haqqında daha çox məlumat buradan əldə edə bilərsiniz:  os.kaspersky.ru/media/Kaspersky-Automotive-Adaptive-Platform-Ru.pdf.
 


AVL Software and Functions GmbH haqqında

Sərnişin və yük maşınlarının mühərrik və sürətlər qutusunda tətbiq olunan texnologiyaların hazırlanması, modelləşdirilməsi və sınağı ilə məşğul olan dünyanın ən böyük müstəqil şirkətidir. Şirkət, yanacağa qənaət, performansın optimallaşdırılması, avtomobil sənayesində çirkləndiricilərin minimuma endirilməsi, funksional təhlükəsizlik və kiber təhlükəsizlik üçün tətbiqetmələrin səmərəliliyinin artırılması, habelə rəqəmsal xidmətlər üzrə texnologiyalara diqqət yetirir. Daha çox məlumatı www.avl-functions.com saytından əldə edə bilərsiniz.
 


Kaspersky haqqında

Kaspersky Laboratoriyası 1997-ci ildən bəri informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən beynəlxalq bir şirkətdir. Şirkətin dərin mütəxəssis biliyi və uzun illərə dayanan təcrübəsi, biznesin, yüksək əhəmiyyətli infrastrukturun, dövlət qurumlarının və adi istifadəçilərin təhlükəsizliyini təmin edən yeni nəsil qoruyucu həllər və xidmətlərin mərkəzində dayanır. Kaspersky-nin hərtərəfli portfelində istifadə zəncirinin son cihazlarını qorumaq üçün qabaqcıl məhsullar, mürəkkəb və daim inkişaf edən kiber təhdidlərlə mübarizə aparmaq üçün bir sıra ixtisaslaşdırılmış həllər və xidmətlər mövcuddur. Kaspersky texnologiyaları dünya üzrə 400 milyondan çox istifadəçi və 250 min korporativ müştərini qoruyur. Daha çox məlumatı www.kaspersky.ru saytından əldə edə bilərsiniz.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
TURİZM
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə